İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib .....                     İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... .....                     Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi .....                     Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir .....                     "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" .....                     5000 manat maaş alıram, necə qənaət edim? .....                     PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: .....                     Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... .....                     Şirkətlər qrupunda yeni ASC yaradılıb .....                     "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək .....                     38 yaşlı sabiq məmur həbsxanada öldü .....                     Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb .....                     Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... .....                     İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... .....                     “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” .....                     Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək .....                     Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... .....                     TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                     Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı .....                     Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                     “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                     "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" .....                     “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” .....                     “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                     “Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                     DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                     Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? .....                     Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                 

Geopolitik savaşda yeni mərhələ: dünya yenidən bölüşdürülür - Ağıllı davranış tələbi
Tarix: 26-01-2024, 14:26 | Çap et
Geopolitik savaşda yeni mərhələ: dünya yenidən bölüşdürülür
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvarın 24-də keçirilən axşam iclasında deputatlar Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair 15898 saylı qətnaməni təsdiqləyiblər. 76 deputat “lehinə”, 10 deputat “əleyhinə”, 4 nəfər bitərəf qalıb. Yalnız Ukrayna və Türkiyənin nümayəndələri Azərbaycanı dəstəkləyib, qətnamənin əleyhinə çıxış ediblər.

Sonda qətnamə müəllifləri vurğulayıblar ki, Azərbaycan AŞPA-dan çıxarılmır, sadəcə olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir və bu istiqamətdə konkret addımlar atmağa çağırılır.

Bundan əvvəl isə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti iclasda bəyanatla çıxış edərək qurumda iştirakını dayandırdığını elan etmişdi. Bəyanatda Azərbaycan qürurlu, müstəqil, suveren, demokratik və multikultural bir dövlət olduğu, demokratiyanın şüurlu seçimimiz olduğu və və 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi istiqamətində böyük irəliləyişlərə nail olduğu bildirilir.

Nümayəndə heyəti hesab edir ki, AŞPA 2001-ci ildən 2020-ci ilə qədər AŞPA işğalçı dövlət - Ermənistanı Avropa Şurasının (AŞ) əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab vermək barədə qınamayıb. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir. Amma Azərbaycanın təcavüz, işğal və zorakı separatizm üzərində tarixi qələbəsindən, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından sonra biz Azərbaycanı ləkələmək, Azərbaycan xalqına uzun müddətdir inkar edilən ədalətin bərpası istiqamətində ölkənin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün təşkil olunmuş qarayaxma kampaniyası ilə üz-üzəyik.

“Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə AŞ-ın etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək. Dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib”, - deyə Azərbaycan nümayəndə heyəti bəyan edib. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

Baş verən siyasi gərginliyin səbəb və nəticələri ilə bağlı AYNA-ya danışan Azad Demokratlar Partiyasının (AZDP) rəhbəri, politoloq Sülhəddin Əkbər deyib ki, Qarabağ məsələsi hərbi müstəvidə həll olunduqdan sonra siyasi-diplomatik, hüquqi və müəyyən qədər də kəşfiyyat sahəsində savaşın olacağı gözlənilən idi:

- Hazırda siyasi-diplomatik savaş, hüquqi proseslər gözümüzün qarşısında baş verməkdədir. Hesab edirəm ki, tərəflərin münasibətlərində gərginliklər getdikcə daha da artacaq, kəskinləşəcək.

AŞ Avropanın təhlükəsizlik sisteminin institutlarından biridir. Avropa təhlükəsizlik sisteminin dörd əsas institutu var – NATO-Avrapa Birliyi, ATƏT və AŞ. AŞ ən zəif institutdur, çünki xüsusi icra mexanizmi yoxdur. AŞ-ın qəbul etdiyi qərarlar əsasən siyasi tövsiyyə xarakterlidir və demokratiya, insan haqları, qanunun aliliyi prinsiplərinin üzv ölkələrdə inkişafına, möhkəmlənməsinə xidmət göstərir. Zaman-zaman da bu sahələrdə problemlər yarananda o problemlərin aradan qaldırılmasına çağırışlar edir. Azərbaycan 2001-ci ilin yanvar ayından AŞ-a üzv olub. O vaxt Azərbaycanı AŞ-a şərtli qəbul etmişdilər. Maraqlıdır, 2001-ci ildən üzv olan Azərbaycan öhdəliklərini yerinə yetirməyibsə, bugünədək AŞ bu addımı niyə atmayıb. Azərbaycan cəmiyyətində də, demokratik dairələrdə də bu sual səslənir. 2001-ci ildə AŞ-ın Azərbaycandan qanunun aliliyi, insan haqları və digər bir çox məsələlərlə bağlı tələbləri yerinə yetirilməyib. Hətta ümumi tələblərlə yanaşı, konkret tələblər də vardı ki, onların bir çoxu həqiqətən də yerinə yetirilməyib. O zaman sual olunur, nəyə görə AŞ bugünədək kəskin mövqe nümayiş etdirmirdi?!

- Sizcə, AŞ indi niyə kəskin qərar verdi?

- AŞ-ı tələblərinin Azərbaycan tərəfindən yerinə yetirilməməsi narahat etmirdi. Narahat etsəydi, 2001-ci ildən keçən 23 ildə hansısa kəskin addım atardı. İndi vəziyyət dəyişib. Hazırda dünyanın yeni nizamı quruculuğu gedir. Bununla bağlı geopolitik savaş gedir və bu, hərtərəfli strateji xarakter daşıyır. Nəzərə almaq lazımdır ki, Qarabağ məsələsi həm Rusiya, həm İran, həm Çin, Türkiyə, Britaniya üçün, həm də Qərb üçün strateji xarakter daşıyır. Bütün tərəflər anlayır ki, geopolitik savaşın həlledici mərhələsinə qədəm qoyulub. Dünyanın yenidən bölünməsi prosesi gedir və bu mübarizədə kim hansı tərəfdə olacaq, mübarizə bitdikdən sonra kim hansı tərəfdə qalacaq sualı qlobal suala çevrilib. Bir neçə böyük oyunçu var ki, yeni dünya düzəninin qurucusu olmaq iddiasındadır. Birincisi, “Soyuq müharibə”də qalib olan ABŞ və yanındakı Böyük Britaniyadır, onların öz layihə-proqramı var. İkinci güc Avropa Birliyidir ki, “Qlobal qapı” layihəsini ortaya qoyub. Rusiyanın proqramı bəllidir – SSRİ-nin yeni şərait və şərtlərdə bərpasıdır. Çinin “Bir kəmər-bir yol” və Türkiyənin Turan proyekti mövcuddur. Əvvəlki qlobal güclər anlayırlar ki, Türkiyə Turan proqramı ilə yeni oyunçu iddiasındadır. Bu oyunçunun da strateji müttəfiqi Azərbaycandır.

- Demək istəyirsiniz ki, Azərbaycana qarşı təzyiqlər, addımlar həm də Türkiyəyə görədir?

- Əlbəttə, bu faktor güclüdür. Məsələ budur ki, qlobal güclərin maraqları toqquşur. Türkiyədən qlobal güc yox, tərəf seçmək tələb olunur. Türkiyənin köhnə dünya nizamında tərəfi bəllidir – Ankara Qərb blokunda yer alır. Amma indi Ankara böyük iddia ortaya qoyduğuna görə maraqlar toqquşur. İlk növbədə də Avropa və ABŞ-la. Türkiyənin proqramı Rusiya və Çinin maraqları ilə də toqquşur. Amma hələlik Türkiyənin layihəsi olan Turan formalaşmadığına görə Rusiya və Çin gözləmə mövqeyindədir. Eyni zamanda, türkiyə Qərblə toqquşmada olduğuna görə, Rusiya və Çin hələlik Turan layihəsinə səssiz qalırlar. Amma Qərblə kəskinləşən münasibətlərdə səngimə olan kimi, o yeri Rusiya və Çin tutacaq. Bu geopolitik mənzərəyə baxdıqda görürük ki, Qarabağ məsələsi də bu savaşda önəmli yer tutur. Ona görə də baş verənləri bu kontekstdən dəyərləndirmək vacibdir.

- Bu savaşın ortasında nə etməliyik?

- Ağıllı davranmalıyıq. Siyasi-diplomatik, hüquqi və kəşfiyyat savaşı getdikcə daha da dərinləşəcək və buna hazır olmalıyıq. Burada Azərbaycanı təxribata da çəkəcəklər, səhv etməyə təhrik edəcəklər. İçəridəki “beşinci kolon” yaranmış fürsətdən qızışdırıcılıq siyasətini körükləyəcək. Məsələn, bu dəqiqə Rusiya və İranın “beşinci kolon”una verilən əsas tapşırıqlardan birin anti-Qərb təbliğatının gücləndirilməsidir. Azərbaycan bu təxribatlara getməməlidir. Ölkəmiz ilk növbədə, müttəfiqləri ilə, tərəfdaşları ilə məsləhətləşməli, ölçülü-biçili adekvat addımlar atmalıdır. Belə bir atalar sözümüz var: “hirslə qalxan, zərərlə oturar”. Hirslə qalxmamalıyıq, emosiya ilə hərəkət etməməliyik ki, zərərlə oturmayaq. Xüsusən də bu, siyasi qərar verənlərə aiddir. Onlar dövləti idarə edirlər və xalqın, dövlətin maraqlarına uyğun adekvat qərar verməlidirlər.

- Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırması ilə bağlı qərarı adekvat idi?

- Məncə, hirsli və emosional qərar idi. Sıravi vətəndaş, yaxud hansısa partiya sədri, QHT rəhbəri, ziyalı emosional ola bilər, bu, normaldır. Amma siyasi qərar qəbul olunanda millət və dövlət məsuliyyətini anlayaraq hərəkət etmək lazımdır.

AŞPA-nın qərarı ilə bağlı bir müddətdən sonra duyğusal yanaşma keçəcək. Biz adekvat davranmalıyıq. Eyni zamanda, siyasi, diplomatik, hüquqi, kəşfiyyat müstəvisində fəaliyyətimizi genişləndirməliyik. O müstəvini düşmənlərə buraxmamalıyıq. Çünki düşmənlərimizin də məqsədi məhz o müstəvini buraxmağımızdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44
İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36
Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33
"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31
5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru