Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                 

Dehlidən Moskvaya zərbə: ən böyük xarici silah bazarı müharibənin qurbanı oldu - NƏ BAŞ VERİR?
Tarix: 27-04-2024, 08:48 | Çap et
Dehlidən Moskvaya zərbə: ən böyük xarici silah bazarı müharibənin qurbanı oldu
Rusiya silahlarının daxili hərbi sənaye kompleksinin ən böyük xarici bazarı olan Hindistana ixracı Ukraynadakı müharibənin qurbanı olub. 1960-cı illərdə SSRİ-nin ordusunu praktiki olaraq təkbaşına hərbi texnika ilə təchiz edən və Rusiyanın son 30 ildə təmin etdiyi ölkə artıq ondan bir dənə də olsun böyük silah alış-verişi etmək niyyətindən uzaqdır. Artıq dünyanın ən böyük silah idxalçısına çevrilmiş Hindistan gələcək alışlar üçün 100 milyard dollar ayırıb. Lakin Rusiya bu puldan çox az əldə edəcək. “Politico” nəşri aparıcı ekspertlərə və Hindistanın müdafiə sənayesinin nümayəndələrinə istinadən bu barədə yazıb.

Ukraynadakı müharibə, Qərbin sanksiyaları, real döyüş şəraitində belə zəif çıxış edən Rusiya texnikasının keyfiyyəti ilə bağlı Hindistanın narahatlığı, Moskvanın hətta artıq təşkil olunmuş təchizatı təmin edə bilməməsi, eləcə də Dehlinin öz müdafiə sənayesini inkişaf etdirmək istəyi – bütün bunlar başqaları ilə, ilk növbədə Qərb silah istehsalçıları ilə əməkdaşlığa keçmək qərarında rol oynadı.

Nəşr yazır ki, xidmətdə olan hərbi avadanlıq üçün ehtiyat hissələrinin Rusiyadan alınmasına davam edilsə də, Dehli artıq onu əsas təchizatçı hesab etmir.

“Observer Research Foundation” analitik mərkəzinin əməkdaşı Nandan Unnikrişnan Rusiyadan "böyük alışların" mümkünlüyünü istisna edir. Hindistanın müdafiə nazirinin keçmiş müşaviri Amit Kouşiş isə Moskvanın artıq heç öz ehtiyaclarını ödəmək iqtidarında olmadığını söyləyib.

Artıq iki ölkə arasında hərbi əməkdaşlığın pozulması prosesi də başlayıb. Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, əgər 2009-2013-cü illərdə Hindistanın silah idxalının 76 faizi Rusiyanın payına düşürdüsə, 2019-2023-cü illərdə bu rəqəm cəmi 36 faiz olub. Son beşillik plan 1960-1964-cü illərdən bəri ilk plan idi ki, Rusiya və ya onun sələfi SSRİ Hindistanın satınalmalarının yarısından azını təmin edirdi.

Hindistan rəsmiləri deyirlər ki, Ukraynadakı müharibə bu prosesi sürətləndirəcək. Unnikrişnanın sözlərinə görə, Dehli Qərbin, xüsusən də ABŞ-ın qoyduğu “qırmızı xətləri” keçmək istəmir.

Müdafiə Tədqiqatları və Təhlil İnstitutunun əməkdaşı Svasti Rao isə qeyd edib ki, hindli mütəxəssislər rus texnikasının döyüş şəraitindəki vəziyyətindən təəccüblənirlər. “Necə oldu ki, “Patriot”lar (Amerikanın Patriot hava hücumundan müdafiə sistemi) toxunulmaz kimi təqdim edilən “Xəncər” raketlərini vurdular? Niyə Rusiya gəmiləri öz donanması olmayan bir ölkə üçün belə asan hədəfə çevrilir? Ukraynalılar A-50 erkən xəbərdarlıq təyyarələrini və qırıcıları necə effektiv şəkildə vura bilirlər”, - deyə Raonun sözlərinə görə, hindli mütəxəssislər sual edirlər.

“X-47M2 Xəncər” raketləri 2018-ci ildə şəxsən Rusiya Prezidenti Vladimir Putin tərəfindən təriflənmişdi. Rusiya lideri bu silahı “möcüzə silah” adlandırmışdı. Lakin ukraynalılar onları 1970-ci illərdə hazırlanmış raketlərin köməyi ilə vurmağı öyrəniblər.

Çin və Britaniya hərbi ekspertləri hətta Putinin iddia etdiyi kimi, onları hipersəs hesab etməkdən imtina etdilər.

Rusiya hərbi-sənaye kompleksi hazırda Ukraynadakı müharibəyə işləyir və Qərbin sanksiyaları ilə məhdudlaşır. Ona görə də sadə texnikanın belə tədarükünü təmin edə bilmir. 2019-cu ildə Hindistanda “Indo-Russian Rifles Private Limited” birgə müəssisəsi yaradıldı. 2021-ci ilin sonunda Rusiya tərəfindən göndərilən dəstlərdən “Kalaşnikov” AK-203 avtomatları istehsal edən zavod açıldı. Zavod hələ də ilk tədarükü gözləyir, baxmayaraq ki, 2024-cü ilin martına qədər Hindistan ordusunu ilk 5000 pulemyotla təmin etməli idi. Nəticədə Hindistan Müdafiə Nazirliyi təcili olaraq ABŞ-dan 73 min pulemyot almağa məcbur oldu.

Dehlidə yaşayan hərbi jurnalist Rahul Bedi deyir ki, bu, "çox həssas bir mövzu olduğu üçün heç kimin açıq şəkildə danışmadığı" nümunələrdən yalnız biridir.

Jurnalist başqa nüansları da açıqlayıb:

Rusiya vəd etdiyi 5 S-400 zenit-raket kompleksindən yalnız üçünü çatdırıb;

Hindistan 2025-ci ildən nüvə sualtı qayığı icarəyə götürmək istəyirdi, lakin görünür, bu plan ləğv edilib;

Dörd freqatın tədarükü ilə bağlı razılaşma var idi: ikisi Rusiya tərəfindən təmin edilməli idi, daha ikisi Qoa əyalətində tikildi, lakin burada da heç bir şey edilmədi.

“Beləliklə, Hindistan Parisdən alış-verişə keçir. Fransa yeni Rusiyaya çevrilir və daha çox silah verir”, - Svasti Rao deyib.

Bundan əlavə, İsrail və Cənubi Koreyadan idxalın artırılması planları var və Almaniya, İspaniya şirkətlərinə yeni sualtı qayıq sifariş etmək imkanları da nəzərdən keçirilir. Baş nazir Narendra Modinin keçən il Vaşinqtona səfəri zamanı Prezident Co Bayden “General Electric”ə Hindistan istehsalı olan döyüş təyyarələrində istifadə üçün mühərrik texnologiyasını Yeni Dehliyə ötürməyə icazə verən saziş imzaladı.

Ekspertlər hesab edirlər ki, Hindistan Rusiya müdafiə sənayesinin itirdiyi yeganə müştəri deyil. SIPRI-nin məlumatına görə, 2014-2018 və 2019-2023-cü illər arasında Rusiyanın ümumi silah ixracı 53 faiz azalıb. Müharibə səbəbindən proses xüsusilə son beş ildə sürətlənib: 2019-cu ildə Rusiya 31 ölkəyə silah satıbsa, 2023-cü ildə cəmi 12 ölkəyə silah satıb. Bununla da, Rusiya Fransadan sonra üçüncü yerdə qərarlaşır.

ayna.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru