Ərdoğan Dəniz Baykalı rüsvay etdi
Tarix: 26-03-2014, 16:16 |
Çap et
Türkiyədə ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Deniz Baykal baş nazir Erdoğandan rəsmi açıqlama gözlədiyi barədə bəyanat yayıb.
Keçmiş sədrin bu addımına partiya rəhbəri vəzifəsindən getməsinə səbəb olan görüntülərin Internetdə yayılmasına baş nazir Erdoğan tərəfindən təlimat verilməsi haqda səs qeydlərinin yayılması səbəb olub.
Seçkilərlə bağlı fəaliyyət çərçivəsində Antalyada olan D.Baykal yayılan səs qeydlərilə bağlı jurnalistlərə açıqlama verib. “Baş nazir Erdoğandan, rəsmi qurumlardan bir açıqlama gözləyirəm”, deyə D.Baykal Erdoğana xitab edib.
D.Baykalın keçmiş müavini Yılmaz Ateş də açıqlama verib. “Rəsmi açıqlama gozləyirik, ictimaiyyət elə əvvəldən də bu iddiada idi, səs qeydlərilə iddianın doğruluğu ortaya çıxdı”, deyə Y.Ateş mövqeyini ifadə edib.
D.Baykal 1992-ci ildə CHP sədri seçilib. 2010-cu ilə kimi partiya sədri olub. 2010-cu il seks skandalı iddiası ilə gizli çəkilərək internetdə yayımlanan görüntülərə görə tutduğu vəzifədən istefa verib.
İndiki baş nazir Erdoğan bu məsələ barəsində çıxış edərək, D.Baykala vəzifədən getməsinə səbəbkar kimi CHP-nin indiki sədri Kemal Kılıçdaroğlunu göstərib. “Belə isə, o zaman rəsmi açıqlama ver”, deyə D.Baykal hər dəfə baş nazirin bu səpkili iddalarına cavab verirdi.