Korrupsiyada ittiham olunan ermənipərəst senator Menendez istefa verib
Tarix: 24-07-2024, 09:35 |
Çap et
ABŞ Konqresinin Nyu-Cersi ştatından olan ermənipərəst senatoru Robert Menendez vəzifəsindən istefa verib.
APA xəbər verir ki, bu barədə Demokratlar Partiyasının Senatdakı bəyanatında deyilir.
ABŞ-da məhkəmə tərəfindən korrupsiyada təqsirli bilinən senator Robert Menendez artıq istefa ərizəsini təqdim edib.
Xatırladaq ki, o, bir neçə il Senatın xarici əlaqələr komitəsin sədri vəzifəsini də icra edib. Yaxınlarda Menendez korrupsiya, Misir və Qətərə xarici agent kimi lobbiçilik də daxil olmaqla 16 ittihamın hamısında təqsirli bilinib.