İsrailin İranı müharibəyə çəkmək cəhdləri: Yaxın Şərqdə sülh və sabitliyə zərbə - NƏ BAŞ VERİR?
Tarix: 2-08-2024, 15:25 | Çap et
İranın Ali Dini Lideri Seyid Əli Xamenei HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib. Bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb. Rəsmi Tehran isə bununla bağlı rəsmi açıqlama verməyib.
Beynəlxalq ekspertlər Haniyənin ölümü ilə Yaxın Şərqdə vəziyyətin daha da gərginləşdiyini, İsrail-İran müharibəsinin hər an başlayacağını istisna etmirlər. Analitiklərin qənaətincə, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə gələn bir siyasi şəxsin paytaxtda qətlinə Tehrandan cavab veriləcək.
Proseslərlə bağlı AYNA-ya danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, İsrailin hazırkı rəhbərliyi bölgəni qan gölünə çevirmək istəyir və rəsmi Təl-Əvivin siyasəti də bundan ibarətdir:
- İran Prezidenti Məsud Pezeşkian hakimiyyətə gəldiyi gündən bütün dünyaya razılaşma, İranda islahatlar vəd etdi. Rəsmi Tehran Qərblə danışıqlara getmək mesajı verdi. Hətta İranın dini lideri Xamenei də İranın Qərblə danışıqlara hazır olduğunu bəyan etdi. İsrail isə bunu ilk başdan məhv etmək yoluna əl atdı, İranın Qərblə danışıqlarına imkan vermədi. Ona görə də, HƏMAS-ın siyasi qanadının lideri Haniyəni məhz Tehranda, İranın danışıqlar vəd edən, islahatlar vəd edən yeni Prezidentinin andiçməsində qətlə yetirdi. Yenə deyirəm, məqsəd İranın Qərblə münasibətlərində yumşalmanın qarşısını almaq, Yaxın Şərqdə münaqişənin davamını təmin etməkdir.
- Amma Haniyənin öldürülməsi əməliyyatını İsrail üzərinə götürmədi...
- İsrail kəşfiyyatı olan Mossad bu cür əməliyyatları həyata keçirir və heç bir açıqlama vermir. Mossad Haniyəni öldürməklə bağlı hansısa açıqlama veribmi, əlbəttə, yox. İsrail ordusu bildirir ki, əməliyyatın onlara dəxli yoxdur. Həqiqətən də İsrail ordusunun əməliyyatda rolu olmaya bilər. Amma bu, kəşfiyyatın həyata keçirdiyi bir əməliyyatdır. Belə texnologiya ilə bir hərəkat liderini aradan götürməkdə İsrail izi açıq-aşkar görünür. İsrail bunu təkzib etsə də, dünyada bu təkzibə kimsə inanmayacaq. Faktiki olaraq, heç kəsdə İsrailin Haniyəni öldürməsinə dair şübhə yoxdur.
- Burada İranın günahı yoxdurmu? Çünki ölkədə prezidentin andiçməsi mərasimi keçirilir və dünyanın diqqətində olan bir siyasi şəxs dəqiqliklə öldürülürsə, bu İranın təhlükəsizlik sisteminin bərbad olduğunu göstərir...
- Əlbəttə, günahı var. Çox güman ki, Haniyəni öldürən raket İranın hüdudları kənarından atılıb. İranın isə bu raketi zərərsizləşdirmək üçün texnologiyası yoxdur. Nəzərə almaq lazımdır ki, 40 ildir İran sanksiyalar altındadır və müasir texnologiyalar ala bilmir. Özlərinin istehsal etdiyi təhlükəsizlik sistemlərinin isə müasir raketləri zərərsizləşdirməyə gücü, qüdrəti yoxdur. Eyni zamanda, görünən odur ki, İran daxilində İsrailin kəşfiyyat orqanları çox güclü işləyirlər. Belə əməliyyatları kəşfiyyat işi olmadan həyata keçirmək mümkün deyil. Əlbəttə, bu hadisə İranın nüfuzuna böyük zərbələrdən biridir. Israil bununla həm də demək istəyir ki, istənilən vaxt, istənilən şəkildə İranda kimi öldürmək istəsə, öldürə bilər.
- Buna İranın cavabı nə olacaq?
- Əlbəttə, İran nüfuzunu qorumaq, vəziyyətdən çıxmaq üçün İsrailə qarşı zərbələr endirə bilər. Amma bunun effektiv olacağı inandırıcı deyil. İndi İranın dini liderinin zərbə əmri verdiyi barədə məlumatlar var. Ola bilsin ki, İsrailə raket zərbələri endirilsin, amma bu İsrailə düşəcəkmi, sual budur. Yadımızdadır ki, bundan əvvəl, Dəməşqdə İran diplomatik korpusuna endirilən zərbəyə, iranlı generalın öldürülməsinə İran cavab verdi. İsrailə atılan minlərlə raket zərərsizləşdirildi. Ola bilsin ki, yenə də həmin əməliyyata oxşar əməliyyat keçirilsin. Amma İran-israil arasında genişmiqyaslı müharibənin olacağı istisnadır. Çünki İran ərazisində müharibə etməkdə maraqlı deyil. Təbii, İran nəzarətində olan qruplaşmalara təlimat verərək İsrailə zərər verməyə çalışacaq, amma dövlət olaraq müharibədə maraqlı görünmür.
- Bu hadisədən sonra İsrail-Fələstin arasında razılaşma mümkündürmü?
- Əlbəttə, mümkün deyil. Və bunu istəməyən İsrail dövlətidir. İsrail qarşısına HƏMAS-ı bitirməyi məqsəd kimi qoyub. Rəsmi Təl-Əviv sülhdə yox, Fələstini bütünlüklə işğal etməkdə maraqlıdır. Bu istiqmətdə də əlindən gələn addımları atır, münaqişənin bitməsinə imkan vermir. Təbii ki, HƏMAS da bununla razılaşmır və sonadək mübarizə aparacağını bəyan edir. Ona görə də, Yaxın Şərqdə münaqişə davam edəcək və yaxın müddətdə sülh və sabitlik gözlənilmir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" - BU NƏDİ BELƏ?..
Bu gün, 09:48 |
|
|
|
• Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 09:39 |
|
|
|
• “Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” - Səmra
Bu gün, 09:35 |
|
|
|
• AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib
Bu gün, 09:33 |
|
|
|
• Trampın komandasında KİM OLURSA-OLSUN... - YOXSA?..
Bu gün, 09:25 |
|
|
|
• XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... - Fransanın özündən, bir də “frankofon” Ermənistandan!
Bu gün, 09:24 |
|
|
|
• Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19 |
|
|
|
• İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:16 |
|
|
|
• Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... - Ekspert danışır...
Bu gün, 09:14 |
|
|
|
• Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... - "Məni hər gün 20 manat cərimə edəcəksiniz?"
Bu gün, 09:09 |
|
|
|
• "Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" - Çingiz Qənizadə
Bu gün, 09:02 |
|
|
|
• Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... - Bizə qarşı bir bəhanədir...
Bu gün, 08:59 |
|
|
|
• “Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU - ÖZBAŞINALIQ!
Bu gün, 08:55 |
|
|
|
• Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... - Dİ GƏL YAŞA...
Bu gün, 08:52 |
|
|
|
• Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 08:49 |
|
|
|
• Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:48 |
|
|
|
• “Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35 |
|
|
|
• Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22 |
|
|
|
• Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur - İNCƏLƏMƏ
Bu gün, 07:19 |
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
|