Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin seçki qərargahı Respublikaçı rəqibi Donald Trampın sentyabrın 4-də “Fox News” telekanalında debat keçirmək qərarı ilə razılaşmadığını bildirib.
Bu haqda qərargah “X” sosial şəbəkəsində məlumat yayıb.
“O, oyun oynamağı dayandırmalı və söz verdiyi kimi sentyabrın 10-da debata gəlməlidir”, - məlumatda qeyd olunub.
Onlar həmçinin bildiriblər ki, vitse-prezident istənilən halda debatda iştirak edəcək ki, praym-taymda xalqa müraciət etmək fürsətindən yararlansın. Harrisin təşviqat komandası hesab edir ki, Tramp qorxur və buna görə də o, debatın sentyabrın 4-də Respublikaçılara yaxın olan “Fox News” telekanalında keçirilməli olduğunu elan edib.