Amerikanın keçmiş lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ukraynada sülhü təmin etmək planının olduğunu, lakin təfərrüatları paylaşmayacağını deyib. AzVision.az xəbər verir ki, o, bu barədə Lex Fridmanın "YouTube" kanalına verdiyi müsahibədə danışıb.
Tramp bildirib ki, əgər planın təfərrüatlarını açıqlasa, uğur əldə edə bilməyəcək. Bundan əvvəl o dəfələrlə deyib ki, seçkidə qalib gəlsə, Rusiya ilə Ukrayna arasındakı münaqişəni cəmi 24 saat ərzində həll edə bilər.