Paşinyan Putinin ətəyindən ikiəlli yapışmalıdır ki... - ŞƏRH
Tarix: 8-10-2024, 17:44 |
Çap et
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Azərbaycanla əmtəə dövriyyəsinin 4,3 milyard dollar olduğunu deyərkən, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə iki ölkə arasındakı ticarət mübadiləsindən ağız dolusu danışıb: “Bu ilin birinci yarısı üçün ticarət mübadiləmiz 8,3 milyard dollar olub. Bu gedişlə ilin sonun qədər dövriyyə 14 -16 milyard dollara çatacaq. Bu rekord göstəricidir”.
Beləliklə, Rusiya Ermənistanla ticarət mübadiləsinin həcmini Azərbaycanla ticarət mübadiləsinin həcminin 4 qatına qaldırmağı planlaşdırır. Belə olan halda Kollektiv Təhlüksəzlik Müqaviləsi Təşkilatını bəyənməyən Paşinyan iqtisadi amili nəzərə alaraq Rusiya və Avrasiya İqtisadi Birliyindən ikiəlli yapışmalıdır. Siyasi əlaqələri Bakı ilə gücləndirən Kreml iqtisadi əlaqələrdə İrəvana üstünlük verir.
Elxan Şahinoğlu - dia-az.life