Gürcüstan Mərkəzi Seçki Komissiyası ötən gün keçirilən parlament seçkilərində səslərin 79,87 faizini hesablayıb.
“Report” xəbər verir ki, səsləri hesablanmış 2 485 seçki məntəqəsinin ilkin nəticələrinə əsasən, parlament seçkilərində “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası 53,594 faiz səslə liderdir.
İkinci yerdə 11,056 faizlə “Dəyişikliklər üçün Koalisiya”, üçüncü yerdə isə səslərin 9,908 faizini toplayan “Vahid Milli Hərəkat” yer alıb. “Güclü Gürcüstan” partiyası seçicilərin 8,827 faizini, “Qaxaria - Gürcüstan üçün” partiyası isə 7,91 faizini səsini qazana bilib.
Qalan partiyalar 5%-lik baryeri keçə bilməyiblər.