İvanişvilinin “Gürcü Arzusu” seçim qarşısında: ya danışıqlar, ya zorakılıq - ŞƏRH
Tarix: 29-10-2024, 11:01 | Çap et
Dünən Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrindən narazı qalan müxalifət paytaxt Tiflisdə parlament binasının qarşısında etiraz mitinqi keçirib. Gürcüstan Prezidenti Salome Zurabişvilinin çağırışı ilə meydana toplaşan etirazçılar seçkilərin saxta keçirildiyini və nəticələrin ləğvini tələb ediblər.
Prezident Zurabişvili mitinqdə çıxış edib və Gürcüstan vətəndaşlarının Avropaya səs verdiyini deyib: "Siz seçkidə uduzmadınız, onlar sizin səsinizi oğurlayaraq gələcəyinizi oğurlamağa çalışdılar. Amma heç kimin buna haqqı yoxdur və siz heç kimə bunu etməyə imkan verməyəcəksiniz".
Bununla yanaşı müxalifət partiyalarının liderləri oxşar bəyanatlarla çıxış ediblər.
Mitinq Avropa İttifaqı və Gürcüstanın himnlərinin səslənməsi ilə başa çatıb. Müxalifət liderləri növbəti planları daha sonra açıqlayacaqlarına söz veriblər.
Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 26-da keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. MSK-nın məlumatına görə, 3111 seçki məntəqəsindən 3109-nun (99 936 faiz) protokolları nəzərdən keçirilib. Məlumata görə, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası 53,93 faiz səs (1 milyon 118 min 796 səs) toplayıb. İkinci yerdə 11,03 faiz səslə (228 821 səs) “Dəyişiklik Koalisiyası – Qvaramiya, Melia, Girçi, Droa” qərarlaşıb. “Birlik – Milli Hərəkat” 10,16 faizlə (210 787 səs) üçüncü, “Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq naminə” 8,81 faizlə (182 839 səs) dördüncü, “Gürcüstan naminə Qaxariya” Partiyası isə 7,77 faizlə (161,215 səs) beşinci yerdə qərarlaşıb.
Qonşu ölkədə seçkilər və bundan sonrakı siyasi situasiya ilə bağlı AYNA-nın suallarını Avropada yaşayan azərbaycanlı politoloq Rauf Mirqədirov cavablandırıb. Analitik deyib ki, seçkilərin rəsmi nəticəsi gözləniləndən fərqli olmadı:
- Gürcülər həmişə deyirdilər ki, “biz avropalıyıq”. Gürcüstanın hər yerində Avropa İttifaqının bayraqları Gürcüstan bayrağı ilə yanaşı dalğalanır. Amma Qafqaz ölkələrinin ümumi cəhəti var: biz hakimiyyət hərisiyik. Bu coğrafiyada hakimiyyətə gələn hakimiyyətdən getmək istəmir. Hətta xatırladaq ki, Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili də hakimiyyətdən getmək istəmirdi, sadəcə 2012-ci ildə hakimiyyəti dinc yolla ötürmək məcburiyyətində qaldı. Həmin vaxt Qərbin təsiri güclü olmasaydı, Saakaşvili hakimiyyəti təhvil verməyəcəkdi. Amma danışıqlar aparıldı, Qərb təzyiqlər göstərdi və Saakaşvili hakimiyyəti dinc yolla vermək qərarına gəldi. Nəzərə almaq lazımdır ki, Saakaşvilinin o zaman Gürcüstan Konstitusiyasında dəyişiklik etməsi, ölkənin parlamentli respublikaya keçidi də onun hakimiyyətinin ömrünü uzatmağa hesablanmışdı. Demək istəyirəm ki, bu regionda hakimiyyətdə qalmaq üçün seçkilərdə saxtakarlıq etmək adət halını alıb. Saakaşvilidən hakimiyyəti təhvil alan və 12 ildir hakimiyyətdə olan “Gürcü Arzusu” indi saxtakarlığa gedir, hakimiyyəti əlindən vermək istəmir. Bu mənada, seçkilərin nəticələri sürpriz sayılmır. Amma onu da deyim ki, “Gürcü Arzusu” istəyinə nail ola bilmədi. Hakim partiya böyük çoxluq, parlamentin üçdə ikisini əldə etmək istəyirdi, amma bu çoxluğu qazana bilmədi. Saxtakarlıq olub, nə qədər olub, artıq bunun əhəmiyyəti yoxdur. İndi əsas məsələ bundan sonra baş verəcək proseslərdir.
- Bundan sonrakı vəziyyəti necə proqnozlaşdırırsınız?
- Bilirsiniz, “Gürcü Arzusu” milyarder Bidzina İvanişvilinin qurucusu olduğu və faktiki olaraq ona bağlı təşkilatdır. İvanişvilinin isə gedəcəyi yer yoxdur. Deyək ki, İvanişvili Rusiyada kapitalı olan iş adamıdır və Rusiyaya gedə bilər. Amma İvanişvili milyarderdir axı. O başa düşür ki, Rusiyaya getsə, milyardları özünün olmayacaq, Putinin olacaq. Ən yaxşı halda, Putinin əsirinə çevriləcək. Qərb də onu qəbul etmək istəməyəcək. Yəni situasiya bundan ibarətdir. Aydındır ki, 12 ildir hakimiyyətdə olmuş partiyadan gürcü xalqı yorulub. İndi İvanişvilinin qarşısında ssenarilər var ki, onlardan birini seçməlidir ki, vəziyyətdən çıxsın.
- Söhbət hansı ssenarilərdən gedir?
- Bu ssenariləri sadalamaqdan əvvəl maraqlı bir məqamı demək lazımdır. Bu məqam ondan ibarətdir ki, hakim partiya parlamentə düşmək ehtimalı olan partiyalara mandat verdi. Onsuz da Avropaya inteqrasiyanın tərəfdarı olan dörd müxalifət partiyası var idi ki, onların heç biri kənarda qalmadı. Seçkilərdən qabaq “Gürcü Arzusu” xalqın dəstəklədiyi tək partiya olduğunu iddia edirdi. Hətta konstitusion çoxluğu qazanacaqlarını və digər partiyalar, xüsusilə də Saakaşvilinin qurucusu olduğu “Vahid Milli Hərəkat” Partiyası haqqında ölçü götürüləcəyini bəyan edirdi. Amma “Gürcü Arzusu” buna nail olmadı. Məsələ burasındadır ki, ya bunu etməyi bacarmadılar, ya da edə bilərdilər, amma istəmədilər. Əgər bacarmadılarsa, o zaman “Gürcü Arzusu” üçün vəziyyət heç də yaxşı deyil. Hakim partiya bunu istəmədisə, demək ki, müxalifətlə kompromistə getmək üçün manevr imkanlarını saxlayıb.
İvanişvilinin ssenarilərinə gəlincə, ya parlamentə düşən partiyalardan hansısa biri ilə anlaşacaq, legitimliyini möhkəmləndirəcək. Ya da zorakılığa əl atılacaq, müxalifət əziləcək. Məsələ burasındadır ki, birləşmiş müxalifətin formal lideri bu gün Gürcüstan Prezidentidir. Düzdür, Zurabaşvilinin səlahiyyətləri çox məhduddur. Son vaxtlar demək olar ki, bütün səlahiyyətləri əlindən alınıb, amma Gürcüstan Prezidentidir. Bu postun ağırlığı var. Eyni zamanda, artıq mitinqlər başlayıb.
- Mitinqlərin nəticələri nə ola bilər?
- Hər şey İvanişvilinin seçimindən asılı olacaq. Müxalifət mitinqlərlə güc göstərə bilsə, həqiqətən də çoxminlərin yığıldığı davamlı etiraz mitinqləri olsa, İvanişvili seçim etməli olacaq. Müxalifət göstərsə ki, hakimiyyət məsələsi meydanda həll olunacaq və qarşıdurmadan çəkinməyərək axıra qədər gedəcək, o zaman İvanişvili qərar verməli olacaq: ya danışıqlara gedəcək, ya da zorakılığa əl atacaq. Əlbəttə, zorakılıq üçün hakimiyyətlərin hər zaman resursu var. Amma zorakılıq tətbiq edilərkən hakimiyyət anlamalıdır ki, bu, əks effekt verə bilər ki, sonradan hakimiyyətin özü üçün fəlakətli vəziyyət yaranar. İkinci yol isə dediyim kimi, danışıqlara getməkdir, səs çoxluğu qazanmaq üçün müxalif deputatlardan kimlərisə ələ almaq, hansısa partiya ilə müttəfiqlik yolunu seçməkdir. Ona görə də deyirəm ki, məsələ “Gürcü Arzusunun”, bir növ, İvanişvilinin atacağı addımdan asılıdır.
- Hakimiyyətin zorakılığa əl atması ehtimalı nə qədərdir?
- Əlbəttə, bu ehtimal var. Amma məsələ burasındadır ki, zorakılığa Qərbin reaksiyası məlumdur. Qərb bunu pisləyəcək və əməli addımlar atacaq. Məsələn, indi Gürcüstana Qərb fondları tərəfindən maliyyə vəsaitləri, yardımlar ayrılır. Layihələrin maliyyələşdirilməsi dayandırılacaq ki, bu da Gürcüstanda nə qədər insanın işsiz qalması deməkdir. Eyni zamanda, Avropa İttifaqı Gürcüstan vətəndaşlarına Avropaya vizasız gediş-gəliş imkanı verib ki, bunu dayandıracaq. Qərbdən verilən bəyanatlar da məhz bu yöndədir. Təsəvvür edin ki, nə qədər insan vizasız gediş-gəliş olduğu üçün Avropaya üz tutur, orada işləyir və ölkəyə pul gətirir. Bu zaman Gürcüstan vətəndaşları bundan da məhrum olacaqlar. Bununla da ölkədə sosial-iqtisadi vəziyyət ağırlaşacaq. Nəticədə insanlar küçələrə axışıb onsuz da bezdikləri hakimiyyəti qovmaq yolunu tutacaqlar. Bu məsələləri ümumiləşdirsək, Gürcüstanda böhranın ciddi olduğunu söyləmək lazımdır. İndi görək “Gürcü Arzusu” hansı yolu seçəcək – kompromis, yoxsa zorakılıq yolu. Birinci yol daha real görünür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
• Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53 |
|
|
|
• Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52 |
|
|
|
• Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51 |
|
|
|
• Ermənilərin atdığı raket evini yararsız vəziyyətə saldı, rəsmi qurumlar hələ də təmir etmir... – GƏNCƏ SAKİNİ ŞİKAYƏTÇİDİR
Dünən, 16:48 |
|
|
|
• Digər erməni politoloqundan fərqli mövqe: Ümid Trampadır - GƏLİŞMƏ
Dünən, 16:44 |
|
|
|
|