"Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub .....                     TAKSİ DƏLƏDUZLUĞU... .....                     Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü .....                     "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" .....                     Ali nümayəndədən ibtidai fikirlər .....                     Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı .....                     "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." .....                     “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” .....                     Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” .....                     Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu .....                     Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı .....                     Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? .....                     Gənc şair faciəvi şəkildə öldü .....                     Parisin SAXTA MAHİYYƏTİ... .....                     Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş .....                     ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi .....                     Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı .....                     Paşinyanın sözləri havaya atılan güllələr kimidir .....                     Qanunların himayəsində .....                     "Zelenskinin alternativi yoxdur" .....                     Tehran Vaşinqtona məxfi mesaj göndərib .....                     Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir .....                     MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb .....                     “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək .....                     “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var .....                     Zakir Fərəcov səyyar qəbul keçirdi .....                     Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi .....                     Anasının il mərasiminə getmişdi, özünü güllələdi .....                     Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb .....                     Ermənistan COP29-a GƏLƏCƏK? .....                     Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib .....                     Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... .....                     "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... .....                     Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir? .....                     Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? .....                     Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? .....                     Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ .....                     Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi .....                     Azərbaycan üçün sevindirici proqnoz .....                     Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib .....                 

Harris məhkəməyə, Tramp meydana üz tutacaq – Fərqli ssenarilər
Tarix: 2-11-2024, 07:12 | Çap et
Harris məhkəməyə, Tramp meydana üz tutacaq
Noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Seçkilərin əsas favoriti hələ bəlli deyil: bəzi sorğulara görə, Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harris cüzi üstündür. Bəzi sorğulara əsasən isə Respublikaçılar Partiyasının namizədi, keçmiş Prezident Donald Tramp qələbə qazanacaq. Prezidentlik yarışı mahiyyətcə “yelləncək ştatlar” uğrundadır. Üstəlik, seçki kampaniyasının sonunda namizədlər nəinki siyasi fəallıqlarını artırdılar, əksinə, ritorikalarını sərtləşdirdilər, hətta şəxsi təhqirlərə də əl atdılar. Tramp demokratları inzibati resurslardan istifadə etməkdə günahlandırırsa, Harris və tərəfdarları açıq şəkildə rəqibi faşist adlandırır və onu Rusiya ilə əlaqələrdə ittiham edir.

Stenford Universitetinin professoru, Huver İnstitutunun aparıcı elmi işçisi və baş məsləhətçisi Russell Berman “Lenta.ru”ya müsahibəsində prezidentlik yarışının Amerika cəmiyyətini necə parçaladığını, ABŞ-da vəziyyətin nə üçün təhlükəli olduğunu və seçkilərin nəticələrinin necə ola biləcəyini izah edib. AYNA müsahibənin aktuallığını nəzərə alaraq istinadla təqdim edir:

- ABŞ-da prezidentliyə namizədlərin ritorikası getdikcə sərtləşir və keçmiş Prezident Donald Tramp iki dəfə sui-qəsd cəhdi ilə üzləşib. Bu niyə baş verir?

- ABŞ-da siyasətçilərə qarşı sui-qəsd cəhdləri yeni hadisə deyil. Cəhdlərdən 20-ci əsrdə ən məşhuru təbii ki, 1963-cü ildə Con Kennedinin öldürülməsi, daha sonra isə 1968-ci ildə Robert və Martin Lüter Kinqin ölümü oldu. Sonra Ronald Reyqanın həyatına qəsd oldu. Amerika tarixi həm də Abraham Linkolnun öldürülməsi ilə yadda qalıb. Bu cür siyasi qətllərin nümunələrinə bir çox başqa ölkələrdə - Almaniyada, İtaliyada və təbii ki, Latın Amerikası ölkələrində də rast gəlmək olar. Əgər Tramp həqiqətən də Prezident Co Bayden, vitse-prezident Kamala Harris və digər demokratların iddia etdiyi kimi “demokratiya üçün təhlükədir”sə, o zaman onların bəzi tərəfdarlarının onu aradan götürməyi düşünməsi məntiqlidir. Yəqin ki, onlar sözlərinin faktiki sui-qəsd cəhdlərinə səbəb olacağını düşünmürdülər. Halbuki silahların hazır olduğu və hər zaman çılğın insanların olduğu bir ölkədə bu hücumlar baş verə bilər. Şəxsən mən Trampın o qədər də təhlükəli olduğunu düşünmürəm, lakin onun rəqibləri şiddətli ritorikaya əl atıblar.

- Bəs ikinci sui-qəsd cəhdi birincidən nə ilə fərqlənir?

- Görünür, hər iki cinayəti törədənlər psixoloji problemləri və ya həddindən artıq ekssentrikliyi olan adamlar olublar. Bununla belə, birincidən - 20 yaşlı Tomas Metyu Kruksdan fərqli olaraq, ikinci cinayətkar - 58 yaşlı Ryan Uesley artıq hakimiyyət orqanlarına təhlükəli şəxs kimi tanındı. Ancaq yenə də birinci və ikinci cəhd arasındakı əsl fərq, ikincinin ikinci olmasıdır. Problem müvafiq təhlükəsizlik qüvvələrinin səriştəsizliyindədir.

Sui-qəsd nəzəriyyəçiləri əlbəttə ki, Bayden administrasiyası tərəfindən Trampa verilən zəif təhlükəsizliyin qəsdən edildiyinə inanırlar. Hər şey mümkündür, lakin sadə bürokratik səmərəsizlik daha çox görünür.

- Sizcə, bu, ABŞ tarixində tamamilə yeni bir hadisədir, yoxsa köhnə ənənələrin davamıdır? Məsələn, 1981-ci ilin martında yeni seçilmiş prezident Ronald Reyqana sui-qəsd cəhdi ilə paralellər aparmaq nə dərəcədə məqbuldur?

- Trampa hücumlar həqiqətən də Reyqana qarşı sui-qəsd cəhdinə bənzəyir: bunlar psixoloji problemləri olan şəxslərin hərəkətləridir. Lakin onlar 1980-ci illərdəkindən daha mübahisəli siyasi debat kontekstində baş verir.

- Son sui-qəsdin təsiri hələ də Trampın reytinqlərinə və bütövlükdə prezidentlik yarışı kampaniyasına təsir edirmi?

- İkinci sui-qəsd cəhdinin özlüyündə əhəmiyyətli faktor olduğuna əmin deyiləm. Birincisi, təbii ki, birinci olduğu üçün belə idi. İkinci cəhd çox güman ki, Tramp tərəfdarları arasında keçmiş Prezidentin həqiqətən də öldürülmək istənilməsinə inamı gücləndirib. Lakin bu, özlüyündə dönüş nöqtəsinə çevrilmədi.

- İndi Trampın seçicilərinin əsasını kimlər təşkil edir? 2016 və 2020-ci illərlə müqayisədə nəsə dəyişibmi?

- Seçkidən əvvəl “Tramp seçiciləri” haqqında danışmağın mənası yoxdur. Hələlik bunlar onun tərəfdarlarıdır. Və sorğulara görə, bəzi maraqlı xüsusiyyətlər var. Məsələn, namizədlərə dəstəkdə gender fərqi genişlənib. Əslində Trampın abortla bağlı mövqeyi çox mülayimdir, baxmayaraq ki, o hesab edir ki, məsələ federal hökumət tərəfindən deyil, dövlət səviyyəsində tənzimlənməlidir. Tramp həmçinin kişiliyə düşmən və “toksik” kimi baxan liberal mədəniyyətin qəbuledilməz olduğu kişilər tərəfindən də güclü şəkildə dəstəklənir.

Nəhayət, respublikaçılar və Tramp işçi sinif seçiciləri arasında üstünlük qazanır. Demokratlar isə zəngin və daha yaxşı təhsilli insanlar arasında populyardır. Bu əhəmiyyətli dəyişiklikdir.

- Sizcə, Tramp öz seçici bazasını genişləndirməyə və qərarsız seçiciləri cəlb etməyə müvəffəq olubmu?

- Bu haqda danışmaq hələ tezdir. Bu, qismən Harrisin seçki kampaniyasının buraxdığı səhvlərlə bağlıdır. Məsələn, o, əsas katolik tədbirində, illik Alfred Şmit Memorial Fondunun şam yeməyində iştirak etməmək qərarına gəldi. Bu, Hillari Klintonun "alçaldılmış və təhqir olunmuş" amerikalılara əhəmiyyət verməməsinə bənzəyir.

Tramp isə müxtəlif cəbhələrdə irəliləyiş əldə edir. Lakin o, hələ də döyüş meydanında “yelləncək ştatlarda” qərarsız seçiciləri inandırmalıdır.

- Demokratlar namizədini dəyişdikdən – Harris namizəd olduqdan sonra Demokratlar Partiyasının elektoratı necə dəyişdi?

- Bayden Trampla debatda o qədər zəif çıxış etdi ki, demokrat seçicilər dərin məyus oldular və yön dəyişdilər. Buna görə də Demokratlar Partiyasının rəhbərliyi Baydeni Harrislə əvəzləmək üçün manipulyasiyadan istifadə etməli, bununla da yaş problemini aradan qaldırmalı oldu. Bundan əlavə, bəzi demokrat seçicilər həqiqətən də qadın namizədi dəstəkləmək istəyirdilər.

Trampın əsas üstünlüyü onun siyasətə kənardan gəlməsidir və ABŞ-da ənənəvi siyasi proseslərdən narazı olanlar çoxdur. Bunun əksinə olaraq, Harris Demokratlar Partiyasının “maşınının” məhsuludur, heç bir uğuru yoxdur.

- Rusiya Prezidenti Vladimir Putin namizəd kimi Harrisi dəstəklədiyini açıqlayıb. Çoxları bunu ironik hesab edir. Sizin bu açıqlamaya münasibətiniz necədir və bu, seçki kampaniyasına necə təsir edə bilər?

- Güman etmək lazımdır ki, Putin bu barədə ciddi danışıb. Harris əlbəttə ki, daha "proqnozlaşdırıla bilən"dir. Tramp isə gözlənilməzdir, çünki o, ənənəvi siyasətçi deyil. Putinin nöqteyi-nəzərindən, proqnozlaşdırıla bilən Harris ehtimal ki, ABŞ-ın Ukraynadakı hazırkı siyasətini davam etdirəcək. Yəni müharibəni davam etdirmək üçün Kiyevə dəstək verəcək, lakin qalib gəlməsi üçün bu, kifayət etməyəcəjk. Putin üçün bu, sərfəlidir.

Amma Tramp qalib gələrsə, ABŞ çox gözlənilməz addım ata bilər. Məsələn, Ukraynaya verilən silahların keyfiyyətini yaxşılaşdıra bilər. Yaxud da sülh və güzəştə getmək üçün Moskvanı ciddi hədələyə bilər.

- Bütövlükdə ABŞ-dakı seçki kampaniyasında Rusiya faktoru hansı rol oynayır?

- Son seçkidə demokratlar Trampı Putinin piyadası kimi göstərməyə çalışıblar. Bu nağıl məncə, Klintonun 2016-cı ildə məğlubiyyətini izah etmək üçün icad edilmişdi. Klinton Putinin gizli şəkildə Trampa kömək etməsəydi, qalib gələcəyinə inanırdı.

Müzakirələr zamanı Harris Ukraynanın qələbəsini müdafiə etdi. Tramp isə hər iki tərəfdən insan itkisi faciəsindən və döyüşlərin dayandırılmasının zəruriliyindən danışdı.

- Bəs Ukrayna faktoru hansı rol oynayır?

- Hazırda Rusiya mövzusu Ukraynadan ayrılmazdır. Lakin müharibənin uğurla başa çatmasından sonra ABŞ-la Rusiya arasında münasibətləri təsəvvür etsək, o zaman fikrimcə, maraqlı nəticələr yarana bilər. Bu, Rusiya üçün Çinin kiçik tərəfdaşı olmaqdan daha yaxşı ola bilər.

- Tramp Harrislə yeni debatdan niyə imtina etdi və bu imtina respublikaçıların reytinqlərinə necə təsir etdi?

- Müəyyən mənada Harris debatda qalib gəldi: Tramp mövzudan yayındı. Bununla belə, jurnalistlərin debata münasibəti açıq şəkildə Trampa qarşı qərəzli idi. Trampın dediyi hər şeyi analiz etdilər. Lakin Harris haqqında bunu etmədilər. Jurnalistlər Harrislə daha rahat, Trampa isə çətin suallar verdilər. Tramp həmçinin debat təşkilatçılarının ona qarşı haqsızlıq etdiyini hiss edib, ona görə də yenidən debat istəmədi. Ona görə də, imtina Trampa o qədər də zərər vermədi.

- Uduzan tərəfin seçkinin nəticələrini tanımayacağı ehtimalı nə dərəcədədir?

- Bu, əldə edilən nəticələrdəki fərqdən asılıdır. Qalib və uduzan arasında səs fərqi nə qədər çox olarsa, uduzan tərəfin etiraz etmə ehtimalı bir o qədər az olar. Ancaq fərqli ssenarilər mümkündür. Harris qalib gəlsə, ola bilsin ki, bəzi narazı Tramp tərəfdarları mitinq keçirsinlər, amma ciddi qarşıdurma olmayacaq.

Tramp az fərqlə qalib gəlsə, demokratlar məhkəmələr vasitəsilə müxtəlif ştatlarda səslərin hesablanmasına etiraz edəcəklər, gərgin hüquqi müharibəyə başlayacaqlar. Trampın tərəfi çox güman ki, belə bir strategiyaya əməl etməyəcək, lakin bu, istisna deyil.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29
TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26
Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24
"Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22
Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26
Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23
"Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17
“Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09
Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06
Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02
Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14
Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11
Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07
Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36
Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52
Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45
Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58
"Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37
Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30
MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21
“Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14
“Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11
Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07
Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05
Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59
Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58
Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55
Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51
Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48
"3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44
Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40
Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35
Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31
Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24
Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22
Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19
Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17
Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11
Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07
İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03
Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00
“Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56
Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53
Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52
Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51
Ermənilərin atdığı raket evini yararsız vəziyyətə saldı, rəsmi qurumlar hələ də təmir etmir... – GƏNCƏ SAKİNİ ŞİKAYƏTÇİDİR
Dünən, 16:48
Digər erməni politoloqundan fərqli mövqe: Ümid Trampadır - GƏLİŞMƏ
Dünən, 16:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru