İndi də vəhabilər bir-birilərini qırmağa başlayıblar
Tarix: 12-04-2014, 12:48 |
Çap et
FaktXəbər-in verdiyi məlumata görə, Suriyada vəhhabi terrorçular bir-birinə cihad elan edərək silahlı mübarizəyə başlayıb. Ölkənin İraqla sərhəd ərazisi olan Əbu Kamal qəsəbəsində "Əl-Qaidə" teror təşkilatının "Əl-Nusrə" hərbi qanadı ilə "İraq Şam İslam Dövləti" (İŞİD) adlı qruplaşmanın döyüşçüləri arasında amansız döyüş gedir.
Son iki gündə baş verən qarşıdurmalarda tərəflər ümumilikdə 86 itki verib. Ölənlərdən 60-nın "Əl-Nursə" silahlıları olduğu açıqlanıb.