Nurçular millətçilərdən ibarət gizli təşkilat yaratdı
Tarix: 15-04-2014, 09:01 |
Çap et
“Gülən hərəkatı Ərdoğana qarşı Ötükən adlı yeni təşkilat yaradır”.
“Axar.az” xəbər verir ki, bu iddia ilə Türkiyənin həbsdə olan zabiti polkovnik Əhməd Zəki Uçok çıxış edib. O, yeni yaranacaq təşkilatda millətçilərdən istifadə olunacağı bildirilib:
“Məndə informasiya var ki, yeni təşkilat kimi Ötükən yaradılacaq. Yeni yaranacaq təşkilatdan hər şeydə istifadə edəcəklər. Əvvəllərdə Hrant Dink və digər cinayətlərdə havayı yerdən millətçilərdən istifadə edilməmişdi. İndi isə onlardan Ərdoğana qarşı istifadə edəcəklər”.
Qeyd edək ki, polkovnik Əhməd Zəki Üçok Gülən hərəkatına qarşı Türkiyə Silahlı Qüvvələrinin tərkibində geniş fəaliyyətə başladığı üçün həbs edilib. Ona həbs olunduğu zaman 1000 il cəza istənilmişdi. Üçok hazırda 36 illik həbsə məhkum edilib.
Xatırladaq ki, Ötükən Göytürklər imperiyasının paytaxtının adıdır. -