“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                 

Kiyev və Moskva “sülh masası”na doğru addımlayır: müharibə dayanır? - GƏLİŞMƏ
Tarix: 12-12-2024, 00:44 | Çap et
Kiyev və Moskva “sülh masası”na doğru addımlayır: müharibə dayanır?
Ötən həftə Parisdə Fransa Prezidenti Emmanuel Makron, Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-ın yeni Prezidenti Donald Tramp arasında üçtərəfli görüş baş tutdu. 20 dəqiqə davam edən görüşdən sonra hər hansı bəyanat verilmədi. Tərəflər arasında görüş barədə razılıq isə əvvəlcədən əldə olunub.

Zelenski üçtərəfli görüşlə bağlı “X”də yazıb ki, Kiyev müharibənin tez və ədalətli şəkildə bitməsini istəyir: “Güc vasitəsilə sülh mümkündür. Birgə işi davam etdirməklə bağlı razılıq əldə olunub”.

Həmin gün jurnalistlərə açıqlama verən Zelenski deyib ki, istənilən sülh sazişi “ukraynalılar üçün ədalətli olmalıdır” ki, “Rusiya və Putin və ya digər təcavüzkarların geri qayıtmaq imkanı olmasın”. Bazar günü başqa bir sosial media paylaşımında Zelenski Rusiyanın 2022-ci il fevralın 24-ü genişmiqyaslı hərbi müdaxiləsindən sonra Ukraynanın 43, 000 əsgərini itirdiyini, daha 370, 000 nəfərin yaralandığını bildirib.

Qeyd edək ki, seçki kampaniyası zamanı Tramp hələ andiçmədən əvvəl “24 saat ərzində Ukrayna münaqişəsinə son qoyacağını, Kiyevə çoxmilyardlı yardımı dayandıracağını” vəd edib.

Tramp isə Parisdə Fransa və Ukrayna liderləri ilə görüşdən qısa müddət sonra bazar günü Ukraynada dərhal atəşkəsə çağırıb və Kiyevin “1000 gündən çox davam edən müharibəyə son qoymaq üçün razılaşmanın əldə olunmasını istədiyini” deyib. ABŞ lideri “Truth” sosial platformasında paylaşımında Moskva və Kiyevin “heç vaxt başlamamalı olan” müharibədə yüz minlərlə əsgər itirdiyini iddia edib.

“Dərhal atəşkəs əldə olunmalı və danışıqlara başlanılmalıdır. Çox sayda insanın həyatı lazımsız yerə məhv edilir, çoxlu ailə məhv edilir”, o, Rusiya Prezidenti Vladimir Putini döyüşləri sona çatdırmaq üçün hərəkətə keçməyə çağıraraq bildirib.

Xatırladaq ki, Rusiya və Ukrayna itkilərlə bağlı rəsmi rəqəmləri açıqlamaqdan çəkinir. Lakin Qərb rəsmiləri deyirlər ki, Ukraynanın şərqində son bir neçə ay davam edən ağır səngər döyüşləri hər iki tərəfdən rekord itkilərlə nəticələnib, hər ay on minlərlə ölən və yaralanan olub.

Ukrayna Prezidenti Trampla görüşündə Kiyevə təhlükəsizlik zəmanəti istəyib. Bu barədə isə “Reuters” məlumat yayıb. Məlumata görə, Ukrayna lideri Trampa təkcə atəşkəsin kifayət etmədiyini deyib.

“Görüş zamanı bəzi əsas məqamlar qeyd edilib. Məsələn, sülhün təminatlara ehtiyacı olduğu bildirilib, çünki təkcə atəşkəs kifayət deyil”, – “Reuters”in mənbəsi bildirib.

Ukraynalı və beynəlxalq müşahidəçilər hesab edirlər ki, artıq demək olar ki, Rusiya ilə Ukrayna atəşkəs və sülh danışıqlarının bir addımlığındadırlar. Trampın ABŞ-da hakimiyyətə gəlişi ilə danışıqların başlayacağı gözlənilən idi. Hətta Tramp adminstrasiyasının Ukrayna münaqişəsinin həlli barədə planlarının olduğu da bəllidir. Düzdür, detallar açıqlanmır, amma plan üzərində işlər getməkdədir.

Yeri gəlmişkən, Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak ötən həftə Vaşinqtonda Trampın komandası ilə ilk danışıqları aparıb. Bu barədə “The Wall Street Journal” yazıb. Nəşrin məlumatına görə, Ukrayna nümayəndə heyəti ilə görüşdə ABŞ-ın gələcək vitse-prezidenti J.D.Vens, Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uols və Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloq iştirak edib. Həmçinin Yermak Floridada Trampın rəhbərliyi altında Ağ Ev aparatına rəhbərlik edəcək Suzi Uals ilə də görüşüb.

Danışıqların təfərrüatları açıqlanmayıb. Lakin nəşrin mənbələrinə görə, Ukrayna tərəfi Tramp komandası ilə münasibətləri yaxşılaşdırmaq və Rusiya ilə müharibədə sülh bağlamağa hazır olduğunu nümayiş etdirmək niyyətində olub.

“Ancaq bu, davamlı bir sülh olmalıdır. Qeyri-sabit, müvəqqəti sülh nə ABŞ-ın, nə də Ukraynanın maraqlarına xidmət edir”, - nəşrin həmsöhbəti bunun hansı münaqişənin həlli ssenarisi əsasında mümkün olacağını açıqlamayıb.

Daha əvvəl “Reuters”ə mənbələr bildiriblər ki, Trampın müşavirləri Ukraynadakı müharibəni bitirmək üçün ən azı üç variant təklif edirlər. Onlardan biri Keyt Kelloqa məxsusdur. Bu, Ukrayna Silahlı Qüvvələrinin ABŞ-ın köməyindən istifadə edərək Ukrayna və Rusiyanı danışıqları bərpa etməyə məcbur etməkdir. Eyni zamanda, danışıqların ilkin mərhələsində cəbhə xəttində hərbi əməliyyatların dondurulacağı və Ukraynanın 10 il ərzində NATO-ya dəvət olunmayacağı ehtimal edilir.

Başqa bir plan J.D.Vans tərəfindən hazırlanıb. Onun təfərrüatları dəqiqləşdirilməyib, lakin açıq şəkildə o, Rusiya və Ukrayna arasında cəbhə xətti boyunca demilitarizasiya zonasının yaradılmasını, habelə onun neytral statusunun qorunub saxlanmasına zəmanət verməyi təklif edib.

Digər təşəbbüsün müəllifi isə Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi postuna namizəd hesab edilən Riçard Qrenelldir. O, sülh sazişinin bir hissəsi kimi müəyyən “muxtar zonaların” yaradılmasını təklif edib və Kiyevin NATO-ya dəvət edilməsinə qarşı çıxıb.

Əvvəllər sülh danışıqlarına başlamaq üçün 1991-ci il sərhədlərinə qayıtmaqda israr edən Ukrayna Prezidenti Zelenski noyabrın sonunda Kiyevin işğal etdiyi əraziləri diplomatik yollarla qaytara biləcəyini etiraf edib: “Lakin bu halda atəşkəs üçün Ukrayna NATO-ya dəvət almalıdır”.

Bundan sonra Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, Ukraynada sülhün yeganə təminatı ölkənin NATO-ya üzvlüyü ola bilər. Departament hər hansı digər təhlükəsizlik zəmanətlərini rədd edərək onları “surroqat” adlandırıb.

Beləliklə, ekspertlərin də qənaətincə, ABŞ-ın rəhbərliyi ilə Ukrayna müharibəsinin həlli üçün “sülh masası”nın qurulması elə də uzaqda deyil. Amma bu “sülh masası”ndan hansı nəticə əldə olunacaq, bunu indidən söyləmək çətindir. Çünki tərəflərin mövqelərində dəyişiklik olsa da, bu, münasibətlərin tam normallaşmasına imkan vermir. Moskvanın da, Kiyevin də şərtlərində ciddi dəyişiklik yoxdur. Bu isə əsaslı sülhün əldə olunmasına əngəl yaradır.

Ayna.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Bu gün, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Bu gün, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru