“İran təcavüzkarı dəf etməyə hazırdır” - Ruhani ABŞ-ı hədələdi
Tarix: 18-04-2014, 11:49 |
Çap et
“İran istənilən təcavüzkarı dəf etməyə hazırdır”. Prezident Həsən Ruhani aprelin 18-də Ordu Gününə həsr olunmuş çıxışında belə deyib. Bu gün Tehranda hərbi parad keçirilib.
“Media forum” saytının məlumatına görə, Ruhani bildirib ki, dünya gücləri ilə nüvə problemləri üzrə danışıqlarda İran təcavüzə və müharibəyə can atmadığını bəyan edib: “Silahlı Qüvvələrin gücü və dəstəyi bizim danışıqlardakı təmsilçilərimizə ölkənin maraqlarını müdafiə etməyə yardımçıdır. İran ordusu bütün bölgədə stabillik və təhlükəsizliyin qarantıdır”.