Avstriyanın paytaxtı Vyanada yaşayan ailələrinə, “Suriyaya gedirik. Cənnətdə görüşərik” deyə vida məktubu yazaraq cihada gedən Samra və Sabina adlı iki qız silahlı fotolarını paylaşıblar.
“Axar.az” xəbər verir ki, 15 və 16 yaşlı Bosniya əsilli iki qız paylaşdıqları fotoların altından belə şərh yazıblar:
“Ölümdən qorxmuruq. Ölüm bizim hədəfimiz. Allah məni çağırana qədər Avstriyada yaşadım və mən də bu çağırışa əməl edərək yola çıxdım. Biz sizin təsəvvür edə bilməyəcəyiniz qədər rahat evlərdə yaşayırıq. Evləndik. Hər şey var burada. Biz qürurumuzla yaşayırıq”.
İnterpol isə hazırda həmin qızları axtarışa verib.