"Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                 

Ankara əlini masaya çırpdı: “Terrorıstan” yaradılmayacaq! - NƏ BAŞ VERİR?
Tarix: 14-01-2025, 11:54 | Çap et
Ankara əlini masaya çırpdı: “Terrorıstan” yaradılmayacaq!
Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyada PKK yaraqlılarına qarşı mümkün əməliyyatla əlaqədar döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu barədə “Türkiyə” qəzeti hərbi mənbələrə istinadən yazır.

Ölkənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Suriyadakı PKK yaraqlılarına ultimatum verib və çağırışlara məhəl qoyulmasa, hərbi əməliyyat aktuallaşa bilər: “Biz aydın tələblər irəli sürdük. Əgər hərbi əməliyyat variantını istəmirsinizsə, o zaman xarici terrorçular və onların liderləri Suriyanı tərk etməli, təşkilatın qalan üzvləri silahlarını yerə qoymalı və yeni Suriya administrasiyası ilə işləməlidirlər. Dəməşq onlarla dialoq aparır. Amma nəticə olmasa, qanuni seçim hərbi əməliyyat olacaq”.

Bundan əlavə, “Hürriyet” qəzeti Qərb ölkələrinin yeni tələblər irəli sürəcəyi təqdirdə, Türkiyə və Suriyanın terrorçu PKK üzvlərinə qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməyi planlaşdırdığını yazır. Nəşrin məlumatına görə, Suriyada yerləşən PKK-çılar alternativ administrasiyanın yaradılmasında israrlarını davam etdirirlər.

Bu fonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da xəbərdarlıq edib: “PKK silahı yerə qoymasa, başqa administrasiyanın yaradılmasında israr etməyə davam edərsə və Qərb ölkələri bu tələbləri dəstəkləyərsə, Türkiyə Silahlı Qüvvələrinin Suriya ilə birgə genişmiqyaslı hərbi əməliyyatı qaçılmaz olacaq”.

Materialın müəllifləri aydınlıq gətirirlər ki, Qərb ölkələrindən hansı konkret “yeni tələblər”in Ankara və Dəməşqin birgə fəaliyyətinə başlaması üçün tətik ola biləcəyi hələ də bəlli deyil. Məqalədə Türkiyənin Suriyadakı vəziyyəti sabitləşdirmək üçün ciddi səylər göstərdiyi də vurğulanır. Ankara bildirib ki, onun hərəkətləri PKK-nın mövcudluğunu dəstəkləmək deyil, təhlükəni aradan qaldırmaq məqsədi daşıyır. Türkiyə rəhbərliyi özünün “A” planına əməl etməyə davam edir, lakin lazım gələrsə, “B” planını həyata keçirməyə hazırdır.

Yeri gəlmişkən, bir müddət əvvəl Suriyanın şimalında “Sülh çeşməsi” əməliyyatı zonasında yerləşən Tel Abyad bölgəsindən olan tayfalar YPG terrorçularının (PKK-nın Suriya qanadı) əməlləri ilə bağlı Suriyanın yeni administrasiyasına dəstək üçün müraciət ediblər. Xüsusilə TSQ-nin Suriya Milli Ordusu ilə birgə həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatı zamanı PKK/YPG terrorçularından azad edilən Tel Abyad bölgəsində toplaşan yerli tayfalar yeni hökumətdən işğal altındakı torpaqların terror təşkilatından azad edilməsini istəyib.

Qəbilələr Rakka, Deyr əz-Zor və Həsəkə bölgələrinin sakinlərinin ağır həyat şəraitinə diqqət çəkərkən, PKK/YPG terrorçuları bölgədə təhlükəsizliyi və humanitar vəziyyəti daha da gərginləşdirir. Həmin məlumatda deyilir: “Yerli əhalinin, o cümlədən yetkinlik yaşına çatmayanların terrorçular tərəfindən saxlanılması, köçürülməsi və zorla təşkilata cəlb edilməsi praktikası regiona dağıntılar gətirib. Minlərlə dinc sakin evlərini və torpaqlarını itirib, ailələr qaçqın düşərgələrinə və qonşu ölkələrə səpələnib. Bu arada quldur dəstələri regionun resurslarını oğurlayır, insanları yoxsulluq və məhrumiyyətlər içində qoyur”.

Hesabatda qeyd edilir ki, terror təşkilatı yalnız insanların əzabını daha da artırır və onların geri qayıtmasına mane olur: “Biz beynəlxalq birlikdən bu vəhşi yaraqlılara qarşı ciddi və çəkindirici mövqe tutmasını, işğala son qoymasını və insanların təhlükəsiz şəkildə öz evlərinə qayıtmasını təmin etməyi tələb edirik”.

Bundan əvvəl xəbər verilmişdi ki, yanvarın 5-də Türkiyə ordusu Suriyanın şimalında 32 PKK yaraqlısını məhv edib. TSQ Suriyanın şimalında yerləşən Suluk məntəqəsinə zərbələr endirib. Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Kanal başqa heç bir məlumat verməyib.

Deməli, Türkiyə artıq açıq şəkildə xəbərdarlıq edir ki, PKK-nın Suriya qanadının hərəkətlərinə səbri tükənir. Kürdlərin Ankaranın şərtlərini yerinə yetirməkdən imtina etməsi və bu terror təşkilatının məhv edilməsinin aktiv mərhələsinin başlaması ehtimalı nə dərəcədədir? Əgər belədirsə, PKK Qərb tərəfdaşları və himayədarları tərəfindən müdafiə oluna biləcəkmi, yoxsa xüsusilə Dəməşqdəki yeni hökumətin Türkiyənin mövqeyini daha çox dəstəkləyəcəyini nəzərə alsaq, bu dəfə kənarda qalmağa üstünlük verəcəklər?

AYNA-nın suallarını tanınmış ekspertlər cavablandırıblar.

Türkiyəli politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl:

“Biz çox yaxşı bilirik ki, Qərb Suriyada PKK kimi terror qruplaşmalarının fəaliyyəti ilə bağlı ikili oyun oynayır. Yəni amerikalıların İŞİD-ə qarşı döyüşdüyü iddia edilir və buna görə də Türkiyənin böyük terror təşkilatının bir hissəsi hesab etdiyi bu qrupları dəstəkləyir. ABŞ-ın dəstəyi sayəsində bu qruplar regionda öz şərtlərini diktə edirlər. Etnik tərkibi dəyişirlər, başqa şeyləri dəyişirlər, guya böyük ərazilərə nəzarət etdiklərini göstərirlər, halbuki reallıqda belə deyil.

Xüsusilə son vaxtlar Suriyanın şimal əyalətlərində Əsədin gedişindən sonra yerli əhalinin kürd qruplaşmalarına qarşı narazılıq və çox sərt münasibət sərgilədiyinin şahidi oluruq. O cümlədən dinc əhalini məhv etdiklərini xatırlamaq lazımdır.

Türkiyə üçün əsas məqsəd onun sərhədlərində qondarma “Terrorıstan”nın yaradılmasının qarşısını almaqdır. Yəni, guya yerli kürdlər tərəfindən yaradılacaq dövlət, əslində isə həmin terror qrupları tərəfindən yaradılacaq. Bu, ən vacib şeydir. Ankara isə heç kimə belə imkan verməyəcək. Bunu həmişə açıq şəkildə nümayiş etdirib.

Amma Türkiyə silahlı yolla dərhal hərəkətə keçmək, yəni açıq şəkildə müdaxilə etmək istəmir. O istəyir ki, amerikalılar əvvəlcə bu məsələni Suriyanın yeni rəhbərliyi ilə həll etməyə çalışsınlar. Türkiyə Suriyanın ərazi bütövlüyünə uyğunluq prinsipindən çıxış edir. Ancaq terror qruplaşmaları hər hansı təxribatçı hərəkətlərə əl atsa, təbii ki, Türkiyə də adekvat addımlar atacaq. Başqa heç nə olmayacaq. Bu, ölkəmizin milli maraqlarından irəli gəlir.

Qərb ölkələri özlərini Türkiyənin yerinə qoymalı və düşünməlidir: onlar öz qapılarında hansısa terror dövlətinin yaradılmasına icazə verərlərmi? Burada cavab açıq şəkildə mənfidir. Beləliklə, Qərb ölkələrinin bu ikili standartlara son qoymasının vaxtı çatıb. Baxırıq ki, onlar da Qarabağla bağlı Azərbaycana qarşı oxşar münasibət göstərirdilər. Bir sözlə, Türkiyənin məqsədi bəllidir - öz sərhədləri yaxınlığında heç bir “Terrorıstan”nın yaradılmasına imkan verməmək!”.

Rusiyalı şərqşünası və Yaxın Şərq üzrə ekspert Ruslan Süleymanov:

“Həqiqətən də, Suriyada kürdlərlə bağlı hadisələr çox sürətlə inkişaf edir. Ankara 2014-cü ildə elan edilmiş kürd muxtariyyətinin tamamilə ləğv edilməsində, Suriya Demokratik Qüvvələrindən (SDQ) başlayaraq kürd silahlı qruplaşmalarının, eləcə də YPG-nin ləğvində israrlıdır.

Məsələ burasındadır ki, Suriyada yeni hakimiyyət hələ də bu silahlı qruplaşmalarla bağlı dəqiq mövqe bildirməyib. Əvvəla, onların indi buna vaxtları yoxdur. Onlar elektrik enerjisi, yanacaq təchizatı, su təchizatı kimi əsas məsələlərin həlli ilə məşğuldurlar. Bunlar sadəcə olaraq Bəşər Əsəd dövründə həll olunmayan məsələlərdir.

İkincisi, Suriyanın yeni hakimiyyət orqanları ölkədə onsuz da ağır olan vəziyyəti daha da gərginləşdirmək istəmir. Onlar anlayırlar ki, birmənalı olaraq Ankaranın tərəfini tutsalar, kürd silahlı qruplaşmalarına qarşı hərbi əməliyyatlarda iştirak etməli olacaqlar. Əhməd Şəra kimi tanınan yeni Suriyanın lideri Əl-Colani kürd nümayəndələri ilə görüşüb. İlkin razılıq əldə olunub ki, kürdlər Suriyanın yeni hakimiyyət orqanlarına Suriya sərhədlərinə birgə nəzarət etməyə imkan verəcəklər. Kürdlər yeni Suriya bayrağının qaldırılmasına da razılaşıblar. Amma Türkiyə üçün bu kifayət deyil.

Türkiyə bu birləşmələrin tamamilə ləğvini tələb edir. Biz Türkiyənin özündə kürd probleminin həlli prosesinin necə intensivləşdiyini, dekabrın sonunda kürd tərəfdarı Xalqların Demokratiya və Bərabərlik Partiyasının nümayəndələrinin İmralı adasında Abdullah Öcalanı necə ziyarət etdiyini görürük. Bundan sonra onlar bütün türk tərəfləri ilə görüşdülər, lakin bu, Türkiyə daxilindəki prosesi hələ irəli aparmadı və Suriyada hələ də hər hansı bir dəyişikliyə səbəb olmadı. Və Öcalanla görüşlər də Suriyada baş verən hadisələrin nəticəsidir.

Göründüyü kimi, artıq Öcalanın Suriya kürdlərinin silahlı birləşmələri üzərində təsiri yoxdur. Ona görə də Ankara təbii ki, hərbi əməliyyat keçirəcəyi barədə düşünür və bu hazırlıqdan açıq danışır. Amma burada hələ çox şey Trampdan asılı olacaq. Hazırda onun mövqeyi bəlli deyil. Aydındır ki, o, Amerika qoşunlarını tez çıxarmayacaq - Suriyada təxminən 2000 Amerika əsgəri var. Və bu, sövdələşmə mövzusu olacaq. Yenə də kürd faktoru, amerikalıların Suriyanın silahlı kürdlərinə dəstək verməsi Ankaraya təzyiq elementidir və mən düşünmürəm ki, Tramp bundan tez əl çəksin.

Ona görə də Türkiyənin Suriyada hərbi əməliyyat keçirmə ehtimalı hər gün artır. Və hələ ki, kürdlərin qərbli tərəfdaşları və ya İsrailin Türkiyənin əməliyyatı olacağı təqdirdə onlara kömək etməyə hazır olacağına dair heç bir işarə yoxdur. Çox güman ki, kürdlər həm üsyançı Suriya Milli Ordusu, həm də əslində Türkiyə ordusu ilə müstəqil şəkildə qarşılaşmalı olacaqlar. Kiminsə Türkiyə Silahlı Qüvvələri ilə ciddi şəkildə silahlı münaqişəyə girməsi mümkün deyil”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru