Qərbin iqtisadi basqıları Kremlə vız gəlir
Tarix: 21-04-2014, 17:36 |
Çap et
Rusiyanı təcrid eləmək qeydi mümkündür.
Rusiya Federasiyasını təcrid etmək cəhdləri tamamilə perspektivsizdir və dünya dövlətlərinin böyük əksəriyyəti bu cəhdlərə qoşulmur. AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Serqey Lavrov bildirib.
“Rusiya Federasiyasını təcrid etmək cəhdləri perspektivsizdir. Rusiyanı təcrid eləmək qeydi mümkündür. Birincisi, biz böyük, müstəqil, nə istədiyini bilən dünya dövlətidir. Ikincisi isə dünya dövlətlərinin böyük əksəriyyəti Rusiyanın təcrid olunmasını istəmir və bu cəhdlərə qoşulmur”. – deyə, Lavrov Moskvada keçirilən mətbuat konfransında bəyan edib.
O qeyd edib ki, hər bir dövlət öz mövqeyini müstəqil şəkildə müəyyənləşdirməlidir: “Təcridetmə hələ heç kimə yaxşı heç nə gətirməyib”.