ABŞ Dövlət katibi Ukrayna və Rusiya rəsmiləri ilə danışıb
Tarix: 23-04-2014, 10:07 |
Çap et
ABŞ Dövlət katibi John Kerry şərqi Ukraynadakı böhran və Cenevrə razılaşmasının yerinə yetirilməsi məsələsini Rusiya və Ukrayna rəsmiləri ilə ayrı-ayrılıqda telefonla müzakirə edib.
Ötən gün Kerry Rusiya XİN Sergei Lavrov-a bildirib ki, Vaşinqton rəsmi Moskvanın münaqişəni yatırmaq səylərinin uğursuzluğundan narahatdır və Moskvanı təhrikedici ritorikadan çəkinməyə çağırıb.
O, Rusiyanı şərqi Ukraynadakı rusiyayönlü qüvvələrə amnistiya qarşılığında tərkisilah olmaları üçün təzyiq göstərməyə çağırıb.
Ukrayna baş naziri Arseniy Yatsenyuk ilə danışan Kerry Ukrayna hökumətinin Cenevrə razılaşmasının həyata keçirilməsi üçün atdığı addımlarını tərifləyib. Ukrayna razılaşmaya uyğun olaraq amnistiya qanunvericiliyi və ATƏT-in monitorinq missiyası ilə əməkdaşlıq sahəsində irəliləyiş edib.