Kamboca məhkəməsi tanınmış rusiyalı biznesmen Sergei Polonsky-nin Rusiyaya ekstradisiya olunmayacağı haqda qərar verib.
Məhkəmə bildirib ki, buna səbəb iki ölkə arasında ekstradisiya müqaviləsinin olmamasıdır. Rusiya 41 yaşlı oliqarx Polonsky-ni 175 milyon dollardan artıq pulu mənimsəməkdə ittiham edir.