Türkiyə polisi bütün bölgələrdə gücləndirilmiş iş rejiminə keçib - Terror kabusu
Tarix: 29-04-2014, 09:46 |
Çap et
Türkiyə polisi ölkənin bütün vilayətlərində gücləndirilmiş iş rejiminə keçib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti yazıb.
Məlumata əsasən, buna səbəb beynəlxalq terror təşkilatı "Əl-Qaidə"nin qanadı olan "Əl-Şəbab" təşkilatının ölkə ərazisində terror aktları keçirəcəyi barədə xəbərdarlıq olub.
Məlumatda o da qeyd edilir ki, ölkədə terror aktı həyata keçirməyi planlaşdıran Somali əsilli vətəndaşın adı da açıqlanıb.