"Ukraynadakı üsyançıların əksəriyyəti yerli əhali deyil"
Tarix: 30-04-2014, 08:49 |
Çap et
Ukraynada hökumət qarşı çıxan ruspərəst üsyançıların hərbi rəhbəri İqor Strelkovun açıqlamaları ölkədə baş verən gərginliyin görünməyən tərəflərini üzə çıxarıb.
Slovyansk şəhərində çıxışı zamanı Strelkov qeyd edib ki, o, Ukraynaya Krımdan gəlib və üsyançıların əksəriyyəti yerli əhali deyil.
Bir qədər əvvəl rəsmi Moskva gərginliyin daxildən baş qaldırdığını iddia etsə də, Strelkovun bu sözləri həmin iddiaları təkzib edib.
"Burada olmağım Krımdakı fəaliyyətimlə bağlıdır. Dostlarım mənə müraciət edərək Krım ssenarisinin Donetsk və Luqanskda da təkrarlamasına kömək etməyimi istədilər" - deyə Strelkov qeyd edib.