BVF Ukraynaya 17 milyard dollar ayırdı
Tarix: 1-05-2014, 08:56 |
Çap et
Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 17 milyard dollar həcmində kredit ayrılması haqda qərar qəbul edib.
Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, BVF-nin İdarə Heyəti “stand bu” ikiillik proqram çərçivəsində Ukraynaya 17 milyard dollar kredit verəcək.
Birinci tranş 3,2 milyard dollar təşkil edəcək. Sonrakı ikinci və üçüncü tranşlar isə iki aydan bir keçiriləcək yoxlamadan sonra veriləcək.
Bir müddət öncə Ukraynanın maliyyə naziri Aleksandr Şlapak “stand bu” proqramı çərçivəsində 16, 8 milyard dollar həcmində kredit almağı ehtimal etdiyini bildirmişdi.