Ukraynada 18-24 yaş arasında olan kişilər orduya çağırılır
Tarix: 2-05-2014, 08:28 |
Çap et
Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov dövlətin müdafiə qabiliyyətini yüksəltmək üçün məcburi hərbi xidmətə çağırışın bərpa edilməsi haqda fərman imzalayıb.
Lent.az-ın “BBC” -yə istinadən məlumatına görə, hərbi mükəlləfiyyətdən azad edilmiş və ya möhlət hüquqlu vətəndaşlar istisna olmaqla 18-24 yaş arasında olan kişilər bu fərmana əsasən hərbi xidmətə çağırılır.
Sənəddə bildirilib ki, bu, Ukraynada yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədardır.
Sonuncu dəfə Ukrayna ordusuna çağırış 2013-cü ilin oktyabrında olub. 2014-cü ildən isə məcburi hərbi xidmətin ləğvi planlaşdırılmışdı. Ancaq ölkə parlamenti silahlı qüvvələrin yaradılması ilə əlaqədar məcburi hərbi xidməti bərpa edib.
Mənbə bildirib ki, 2014-cü ilin sonunadək Ukrayna ordusu peşəkarlardan formalaşmalı idi.
2013-cü ilin sonunadək ordunun sıravi və çavuş heyətinin 60 faizi müqavilə üzrə formalaşdırılıb.