Fətullah Gülənin Türkiyəyə ekstradisiya şərtləri açıqlandı
Tarix: 2-05-2014, 10:48 |
Çap et
Fətullah Gülənin ABŞ-dan ekstradisya edilməsi yolları açıqlanıb.
ANS PRESS-in məlumatına görə, Fətullah Gülən Türkiyənin sabiq prezidenti Kənan Evrenin ABŞ-la imzaladığı müqaviləyə əsasən öz ölkəsinə təhvil veriləcək.
Qeyd edək ki, 1980-ci ildə Türkiyə ilə ABŞ arasında müqavilə imzalanıb. Müqavilədə qeyd olunub ki, ABŞ qanunlarına zidd hərəkət edən və müxtəlif qruplaşmalar yaradan şəxslər müxtəlif şərtlər daxilində öz ölkələrinə ekstradisiya edilə bilərlər.
Qeyd edək ki, Ankara Prokurorluğunda Fətullah Gülən barəsində istintaq başlanıb.
Gülən barəsində Terrorla Mübarizə Qanunun 10-cu maddəsi ilə əlaqədar olaraq istintaqın başlanıldığı bildirilir. Verilən məlumata görə, Gülən və “paralel yapı” adlanın qruplaşmanın üzvlərinin Türkiyə hökumətini devirmək təşəbbüsü ilə birlik yaratmaları haqqında məlumatlar da istintaq materiallarının içinə əlavə edilib.
Xatırladaq ki, ötən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənin qaytarılması üçün hüquqi prosesin başlayacağını söyləyib.
Baş nazir Ərdoğan bir jurnalistin Fəthullah Gülənin geri qaytarılması ilə əlaqədar hüquqi müddət başlayacaqmı sualına konkret cavab verib. Baş nazir bildirib ki, bəli hüquqi müddət başlayacaq.