Bəşər Əsədə qarşı kimlər iddialarını ortaya qoydu?
Tarix: 5-05-2014, 10:01 |
Çap et
Suriyada bu ilin iyun ayında keçiriləcək prezident seçkilərində üç namizəd iştirak edəcək.
SalamNews–un "əl-Məyadin" telekanalına istinadla verdiyi xəbərə görə, ölkə Konstitusiya Məhkəməsi namizədliyini irəli sürmüş 24 vətəndaşdan təkcə üçünün namizədliyini qəbul edib.
Məlumata əsasən, bu namizədlər hazırkı prezident Bəşər Əsəd, yerli müxalifət partiyalarından hesab edilən Xalqın İradəsi Partiyasının baş katibi Mahir əl-Həccar, ölkə Parlamentinin deputatı və “Milli iradə və dəyişiklik” siyasi cinahının sədri Həsən Abdulah ən-Nuridir.
Qeyd edək ki, adıçəkilən namizədlər arasında xaricə sığınmış və ya silahlı müxalifəti təmsil edən yoxdur.
Bildirək ki, hazırda 24 milyonluq Suriya xalqının ən azı 15 milyonu hökumət nəzarətində olan bölgələrdə yaşayır və ya müvəqqəti məskunlaşıb və bu, seçkilərdə hökumətin lehinə olan amillərdən hesab ediləcək.
Ekspertlər Suriyada keçiriləcək prezident seçkilərininin tam formal xarakter daşıyacağını bildirirlər.