Rusiya Ukrayna hökumətini tribunala verir
Tarix: 6-05-2014, 10:10 |
Çap et
Moskva, Kiyevi Haaqa tribunalına verir. Artıq Ukrayna hökumətinə qarşı iddia ilə bağlı hazırlıqlara başlayıb.
AzVision.az rus mətbuatına istinadla xəbər verir ki, Rusiya xarici işlər naziri Serqey Lavrov, Ukraynada insan haqlarının pozulması hallarının araşdırılmasının nəticələrini özündə cəmləşdirən “Ağ kitab”adlı sənədlər toplusunu Vladimir Putinə təqdim edib. Kitabda “Ukraynada etnik ayrıseçkilikdən, millətçilikdən, rus dilinə qadağa, cənub-şərq ərazilərində xalqa qarşı cəza tədbirlərindən və mayın 2-də Odessada dinc sakinlərin kütləvi qətlindən” bəhs olunur.
Rusiya Xarici İşlər Nazirliyi belə hesab edir ki, “Ağ kitab”, Avropa məhkəməsində “Ukraynanın hazırki hökumətinin törətdiyi cinayətləri sübut etmək üçün yetərlidir”.
Rusiya Dövlət Duması isə hesab edir ki, “Ukraynanın qeyri-qanuni hökuməti öz xalqına qarşı soyqırımı törətdiyinə və ölkədə vətəndaş müharibəsinə rəvac verdiyinə görə, Beynəlxalq Ali Məhkəmə qarşısında cavab verməlidir”.
Rusiyalı deputatlar artıq müvafiq sənədlərin toplanmasna başlayıb.