Prezidentdən ilginc açıqlama: "Müharibəyə hazır olmalıyıq"
Tarix: 13-05-2014, 10:06 |
Çap et
Türkiyə müharibəyə hazır olmalıdır. Bunu Türkiyə Prezidenti Abdullah Gül bəyan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Milliyyət" qəzeti xəbər yayıb.
Dövlət başçısının sözlərinə görə, Türkiyə müharibə istəmir və Ankara regionda sabitliyin saxlanmasına çalışır, lakin buna baxmayaraq, ölkə müharibəyə hazır olmalıdır.
A.Gül ölkənin Silahlı Qüvvələrinin gücləndiyini qeyd edərək bunun zərurət olduğunu bildirib.
Prezident habelə məhz Türkiyənin ilk dəfə yerli qırıcılar, yalnız bundan sonra yerli mülki təyyarələr istehsal etdiyini bildirib.