Sloveniya prezidenti parlamenti buraxdı
Tarix: 2-06-2014, 09:37 |
Çap et
Sloveniya prezidenti Borut Pahor iyunun 2-dən parlamentin buraxılmasını nəzərdə tutan fərman imzalayıb. Dövlət başçısı iyulun 13-nə növbədənkənar parlament seçkisi təyin edib.
“Media forum” saytı bildirir ki, parlamentin buraxılması baş nazir Alyonka Bratuşekin istefası və aparıcı siyasi qüvvələrin yeni hökumət başçısını müəyyənləşdirməməsi ilə bağlıdır. Alyonka Bratuşek mayın 5-də, Müsbət Sloveniya Partiyasının sədrliyinə seçkini uduzduqdan sonra istefa verib. O qeyd edib ki, öz partiyasında etibarı itirmiş şəxs baş nazir kürsüsünü tuta bilməz.