Poroshenko-nun andiçməsinə ABŞ-dan kim gedir
Tarix: 6-06-2014, 11:01 |
Çap et
Ağ Ev bildirir ki, ABŞ prezidenti Barack Obama iyunun 7-də Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroshenko-nun andiçməsində iştirak üçün səkkiz nəfərlik nümayəndə heyəti göndərir.
Heyətə vitse-prezident Joe Biden rəhbərlik edəcək. ABŞ Dövlət Katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisi Victoria Nuland, senatorlar Chris Murphy, John McCain, Ron Johnson, eləcə də ABŞ-ın ATƏT-dəki təmsilçisi Daniel B. Baer, Ukraynadakı səfiri Geoffrey Pyatt heyətə daxildir.
Obama iyunun 5-də Poroshenko ilə görüşüb. \\ azadlıq radiosu \\