Ukraynada separatçılar atəşkəsi birtərəfli qaydada pozurlar - RƏSMİ
Tarix: 23-06-2014, 11:13 |
Çap et
Donbassda separatçılar ukraynalı hərbçilərə hücumları davam etdirir. Bu barədə Ukrayna Xarici İşlər və Müdafiə Nazirliklərinin birgə bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, prezident Petro Poroshenkonun göstərişi ilə iyunun 20-dən 27-dək Ukrayna silahlı qüvvələri, Milli Qvardiyası, sərhədçilər və Daxili İşlər Nazirliyinin bölmələri atəşi birtərəfli qaydada dayandırıb.
Ancaq məlumatda deyilir ki, iyunun 22-nə keçən gecə qanunsuz silahlı birləşmələr Donetskdə hərbçilərin mövqeyini 11 dəfə atəşə tutublar. Atəş Kramatorsk, Slavyansk, Artyomvsk və digər şəhərlərdə açılıb. Gün ərzində hərbçilərin mövqeyi digər məntəqələrdə də atəşə tutulub.
Ukrayna hakimiyyəti vurğulayır ki, beynəlxalq ictimaiyyət separatçıların aqressiv davranışını dərhal və qətiyyətlə pisləməlidir.
Bazar günü Poroshenko ABŞ vitse-prezidenti Joe Biden-lə telefonla danışıb, yaraqlıların atəşkəsi pozmasına dair onlarla fakt sadalayıb.
Həmin gün «Donetsk xalq respublikası» atəşkəsi pozub.