Gürcüstan parlamenti AB sazişini ratifikasiya edir - Avropa qonşuluğumuza gəldi
Tarix: 10-07-2014, 10:57 |
Çap et
Gürcüstan parlamentinin spikeri deyir ki, ölkənin Avropa Birliyi ilə Assosiasiya Sazişi iyulun 18-də ratifikasiya olunacaq.
Davit Usupashvili iyulun 9-da bildirib ki, prezident Giorgi Margvelashvili-dən parlamentin fövqəladə sessiyasını çağırmağı xahiş edəcək. Parlament hazırda tətildədir.
Gürcüstan, Moldova və Ukrayna həmin sazişi iyunun 27-də imzalayıb. Bu sənəd onları AB-yə daha da yaxınlaşdırır.
Moldova parlamenti Assosiasiya sazişini iyulun 2-də təsdiqləyib. Rumıniya isə ilk AB ölkəsi kimi bu ayın əvvəlində Gürcüstan, Moldova və Ukrayna ilə AB sazişlərini ratifikasiya edib.