Terrorçubaşı Öcalan İŞİD-ə qarşı səfərbərlik elan etdi
Tarix: 11-07-2014, 09:08 |
Çap et
Diyarbəkirli bitərəf millət vəkili Leyla Zana və HDP İstanbul millət vəkili Sırrı Süreyya Öndər İmralı adasında Abdullah Öcalanla görüşüblər.
ANS PRESS-in məlumatına görə, üç saat yarım davam edən görüşdə kürd lider millət vəkillərilə bir sıra danışıqlar aparıb.
Ən maraqlısı isə Öcalanın İŞİD-lə bağlı verdiyi səfərbərlik çağırışı olub. Terrorçu qruplaşmanın Suriyanın şimal-qərbində yerləşən Kobani şəhəri hücumunu pisləyən kürd lider, başda xalqı olmaqla, təşkilat və beynəlxalq qüvvələri onlara qarşı səfərbər olmağa çağırıb.
"Bu terror qruplaşmasına kömək göstərənlər, onlardan istifadə edərək, bölgədəki sülhü, əmin-amanlığı pozmağa çalışırlar." - deyə kürd lider millət vəkillərilə danışığında bildirib.
Qeyd edək ki, Öcalan sonda Kürd Milli konqresinin toplanması və birliyin təmin edilməsini də vurğulayıb.
Xatırladaq ki, Abdullah Öcalan Türkiyədə separatçı fəaliyət göstərən və kürd etnikləri öz ətrafında toplamağa çalışan PKK terror təşkilatının həbsdə olan lideridir.