İsrail bombardmanlarının dünən Qəzzanın şərqindəki əş-Şucaiyyə qəsəbəsini bombalaması nəticəsində 72 fələstinli həlak olub və təqribən 400 nəfər yaralanıb.
SalamNews-un Əlcəzirəyə istinadla verdiyi xəbərə görə, əş-Şucaiyyə qəsəbəsində qətliam edilən fələstinlilər daxil olmaqla dünən 123 fələstinli İsrail ordusu tərəfindən öldürülüb. İsrailin iki həftə bundan əvvəl Qəzzəyə hücumu nəticəsində ölənlərin sayı isə ümumilikdə 472-nəfərdən çoxdur.
Qəzzədəki “əl-Qüds Briqadaları”ın sözçüsü Əbu Əhmədin sözlərinə görə, İsrailin topxanaları şənbə günündən etibarən bu qəsəbəni top atəşinə tutub və burada həla olanların sayı 100-ü keçə bilər.
Bu arada ABŞ Prezidenti Barak Obama İsrail baş naziri Benyamin Netenyaho ilə telefon bağlantısında olub və HƏMAS-ın raket zərbələrinə cavab olaraq, İsrailin cavab atəşi açmağda haqlı olduğunu deyib.
Telefon bağlantısı zamanı həmçinin ABŞ dövlət katibi Con Kerrinin Qəzzədə atəşkəsin brəpası istiqamətində bu gün Qahirəyə uçacağı bildirilib.