İraqın yeni prezidenti Türkiyəni İŞİD-ədəstək verməkdə ittiham etdi
Tarix: 30-07-2014, 10:32 |
Çap et
İraqın yeni seçilmiş prezidenti Fuad Məsum Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə telefon söhbətində bölgədə terrorun genişlənməsindən narahatlığını bildirib.
SalamNews-un "SumariyaNews”a istinadla verdiyi xəbərə görə, İraq prezidenti ölkəsinin geniş və ciddi şəkildə terror dalğası ilə üzləşdiyini, Türkiyə xarici işlər nazirindən terrorla mübarizə zəminində dərhal lazımi addımların atılmasını istəyib və əks təqdirdə terror dalğasının bütün bölgəni bürüyəcəyini deyib.
Xatırladaq ki, İraq ordusu iki aydır ölkənin Səlahəddin, Neynəva, Diyala, Kərkuk əyalətlərində “İslam Dövləti” terror təşkilatına qarşı əməliyyatlar aparır. Ölkənin Suriya və İordaniya ilə sərhəddində yerləşən əl-Ənbar əyaləti isə yarım ildir ki terrora qarşı hərbi əməliyyatların şahididir. İraq hökuməti silahalıların ölkəyə Suriya, Ərəbistan, İordaniya və həmçinin Türkiyə ərazisindən daxil olduğunu bildirir.