«ABŞ Krımın zəbt olunmasını heç vaxt qəbul etməyəcək»
Tarix: 30-07-2014, 10:36 |
Çap et
ABŞ Krımın zəbt olunmasını heç vaxt qəbul etməyəcək. Bunu ABŞ-ın Rusiyadakı səfir postuna növbəti namizədi John Teftt deyib.
O, bunu iyulun 29-da ABŞ Senatının xarici əlaqələr komitəsindəki dinləmələrdə deyib. Onun sözlərinə görə, ABŞ Ukrayna böhranı ilə Rusiyanın beynəlxalq düzəndə yaratdığı fundamental problemləri rədd edə bilməz.
ABŞ-ın bu ilin fevralından bəri Rusiyada səfiri yoxdur.
Barack Obama bu posta John Teftt-in namizədliyini irəli sürüb.