Ukraynanın neofaşistləri Donetsk ətrafında böyük itki veriblər
Tarix: 13-08-2014, 10:39 |
Çap et
Avqustun 12-də axşam tərəfi Ukraynanın millətçi “Sağ Sektor” Partiyasının könüllülər taborunun döyüşçülərini daşıyan avtobus Donetsk şəhəri ətrafında separatçıların hücumuna məruz qalıb.
APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, avtobusun atəşə tutulması nəticəsində 12 döyüşçü həlak olub. Yaralanan 13 döyüşçü isə separatçılar tərəfindən əsir götürülüb.
“Sağ sektor”un lideri Dmitri Yaroş faktı təsdiqləyib. O, batalyonun hərbi qruplarından birinin hücuma məruz qaldığını bildirib: “Dəhşətli itkilər vermişik. Qisas alacağıq”.
Qeyd edək ki, hazırda Ukrayna ordusunun, Milli Qvardiyanın qüvvələri və könüllü batalyonlar Donetsk şəhərinin bilavasitə ətrafında mövqe tutub. Lakin hələlik şəhərin azad olunması üçün əməliyyat başlamayıb.