İŞİD-i bəhanə edən ABŞ Türkiyənin qulağının dibində PKK-nı silahlandırır - TƏHLÜKƏ
Tarix: 27-08-2014, 13:03 |
Çap et
Pentaqon rəhbəri Chuck Hagel deyib ki, ABŞ-dan əlavə 7 ölkə İraqda İslam Dövləti (İD) yaraqlılarına qarşı vuruşan kürd qüvvələrinə «vacib silah və avadanlıq» göndərməyə boyun olub.
Avqustun 26-da yayılmış bəyanatda Hagel Albaniya, Britaniya, Kanada, Xorvatiya, Danimarka, İtaliya və Fransanın adını çəkib.
Elə həmin gün İraqın kürd regionunun prezidenti Masud Barzani deyib ki, İran peşmərgə qüvvələrinə silah-sursat verib. O, həmin bəyanatla İranın xarici işlər naziri Mohammad Javad Zariflə keçirdiyi mətbuat konfransında çıxış edib. Barzani bildirib ki, İran, İraq kürdlərinə birinci silah verən ölkədir.
Kürdlərin peşmərqə yaraqlıları İraq İslam dövləti yaraqlıları ilə döyüşür. İraq İslam dövləti yaraqlıları İraq Kürdüstanının ucqarlarında bəzi əraziləri tutub.