Ukrayna baş naziri Putinin sülh planından imtina edib
Tarix: 4-09-2014, 09:50 |
Çap et
Ukrayna baş naziri Arseniy Yatsenyuk Rusiyanın Ukraynaya sülh təklifindən imtina edib. Bildirib ki, Rusiya NATO-nun Uelsdəki sammiti öncəsi Qərbi aldatmaq və Moskvaya qarşı yeni sanksiyalardan yayınmaq məqsədi güdür.
Sentyabrın 3-də danışan Yatsenyuk bildirib ki, Ukrayna Rusiya ilə sərhədlərini gücləndirir və NATO-dan xüsusi müttəfiq statusu almaq istəyir.
Apreldən bəri Rusiyayönlü separatçılar Ukraynanın şərqində hökumət qüvvələri ilə döyüşür. Kiyev və Qərb Rusiyanı separatçılara silah-sursat göndərməkdə ittiham edir. Moskva bu ittihamları qəbul etmir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin deyib ki, ukraynalı həmkarı Petro Poroshenko ilə telefon söhbətində 7 bəndlik atəşkəs planının olduğunu deyib. Putin deyib ki, onun və Poroshenko-nun münaqişənin siyasi həlli ilə bağlı baxışları «çox yaxındır».