Obama Əfqanıstan prezidentliyinə namizədlərlə danışıb
Tarix: 8-09-2014, 09:32 |
Çap et
ABŞ Prezidenti Barack Obama Əfqanıstanda prezidentliyə iki namizədə deyib ki, ölkədə yeni hökumətin formalaşdırılması üçün mümkün qədər tez hakimiyyət bölgüsü sazişinin tamamlanması vacibdir. Bu barədə Ağ Ev bəyanat yayıb. Obama namizədlərlə sentyabrın 6-da danışıb.
Yekun razılaşma Əfqanıstana beynəlxalq dəstəyi gücləndirər və ölkəni sabitləşdirər.
Apreldə keçirilmiş seçkinin birinci raundunu keçmiş xarici işlər naziri Abdullah Abdullah, iyunda keçirilən ikinci raundu isə keçmiş maliyyə naziri Ashraf Ghani Ahmadzai udub. Hər ikisi nəticələrin saxtalaşdırıldığını bildirir.
Namizədlər hakimiyyətin bölüşdürülməsi razılaşması əldə etməyə çalışırlar.