Ukrayna prezidentinin Amerikaya mühüm səfəri planlaşdırılır
Tarix: 13-09-2014, 12:30 |
Çap et
Ukrayna prezidenti Petro Poroshenko gələn həftə Kanada və ABŞ-a gedir.
Kanadanın baş naziri Stephen Harper-in ofisindən bildirilib ki, Poroshenko sentyabrın 17-də Ottavaya gələcək.
Poroshenko Harper-lə görüşəcək və parlamentdə çıxış edib Ukraynaya göstərdiyi köməyə görə Kanadaya təşəkkürünü bildirəcək.
Ukrayna başçısı ordan Konqresin dəvətilə ABŞ-a gedəcək.