Başı müharibəyə qarışan Ukrayna bu il «Eurovision»a qatılmayacaq
Tarix: 20-09-2014, 12:52 |
Çap et
Ukrayna bu il «Eurovision» Mahnı Müsabiqəsində iştirak etməyəcək.
Buna səbəb maliyyə məhdudiyyətləridir.
Milli Televiziyanın direktoru Zurab Alasina deyib ki, maliyyə problemləri və ölkənin şərqindəki münaqişə üzündən bu dəfə müsabiqəyə qatılmayacaqlar.
«Eurovision-2015» bu il mayda Vyanada keçiriləcək.
Ukraynalı Ruslana 2004-cü ildə bu yarışmanın ev sahibliyini vətəninə gətirmişdi.