Merkel Putini Ukraynada separatçılara təzyiq göstərməyə səsləyir
Tarix: 2-10-2014, 11:34 |
Çap et
Almaniya kansleri Angela Merkel deyir ki, Rusiya Ukraynanın şərqində rusiyayönlü separatçılara təzyiq göstərməlidir. Merkel bunu oktyabrın 1-də Putinlə telefon söhbətində deyib.
Almaniya hökumətinin sözçüsünün məlumatına görə, liderlər Ukraynada hər gün zorakılıq baş verməsindən narahatlıq bildiriblər. Merkel deyib ki, Ukrayna ilə Rusiya arasındakı sərhədin monitorinqi aparılmalıdır və ATƏT-in bunda böyük rolu olub.
Onun sözlərinə görə, Almaniya ATƏT-in Ukraynadakı missiyasına dəstəyini davam etdirəcək və Donetsk və Luqansk regionlarında planlaşdırılan yerli seçkilərdə mühüm rol oynaya bilər.
Öncə NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, Ukraynada atəşkəs bir imkandır, ancaq Rusiya hələ də bu ölkədə sabitsizlik yaratmaq gücündədir.