Əhməd Davudoğlu Türkiyənin İŞİD-ə qarşı əməliyyat şərtini açıqladı
Tarix: 7-10-2014, 11:50 |
Çap et
Türkiyə baş naziri koalisiya qüvvələrini Suriyaya hücum etmək üçün təhrik edir
İslamazeri.az-ın “Cnntürk”ə istinadən verdiyi xəbərə görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyənin İŞİD-ə qarşı keçirilən beynəlxalq əməliyyatlara qoşulmaqla bağlı şərtini açıqlayıb.
"Cnntürk" telekanalına danışan Əhməd Davudoğlu bildirib ki, “Əgər koalisiya qüvvələri Suriya prezidenti Bəşər Əsədə qarşı əməliyyatlara başlasa, Türkiyə Cümhuriyyəti İraqda İŞİD əleyhinə aparılan əməliyyatlarda iştirak edə bilər. “
Qeyd edək ki, Əhməd Davudoğlu bu gün Suriya və İraqda terror aktları törədən İŞİD-in güclənməsinə səbəbkar olaraq Suriya prezidenti Bəşər Əsədi ittiham edib.