Poroşenkodan rus işğalına dolayı dəstək verən təhlükəli qərar - İşğal altında olan ərazilər ayrılır...
Tarix: 7-10-2014, 13:12 |
Çap et
Ukrayna prezidenti Petro Poroshenko Luqansk vilayəti rayonlarının sərhədlərinin dəyişdirilməsini dəstəkləmək üçün Ali Radanın deputatlarını çağırıb. Ukrayna dövlət başçısı bildirir ki, məqsəd regionda qayda-qanun yaratmaqdır.
Müvafiq qərar layihəsi Ukrayna parlamentinə təqdim olunub. Layihəni Luqansk vilayətinin administrasiya rəhbəri Gennadiy Moskal təqdim edib.
Məsələ bundadır ki, Luqanskın bəzi rayonlarını Ukrayna hakimiyyəti idarə etmir. Layihədə təklif olunur ki, bu rayonların sərhədləri dəyişdirilsin və onlar hakimiyyətin nəzarətində olan rayonlara birləşdirilsin.
Bu, Kiyevə imkan verəcək ki, təqaüd və maaşları ödəsin, hökumət məsuliyyət daşıdığı digər sosial xidmətləri yerinə yetirsin.
UNİAN agentliyinin məlumatına görə, söhbət Shchastye, Qornoye və Zolotoye şəhərlərindən, bir sıra şəhər tipli qəsəbələrdən gedir.