Böyük Britaniya parlamenti Fələstinin tanınmasına yol açdı
Tarix: 14-10-2014, 09:58 |
Çap et
Böyük Britaniya parlamentinin İcmalar Palatası (aşağı palata) hökumətə Fələstini müstəqil dövlət kimi tanımağa çağırış yer alan qətnamə qəbul edib. “Media forum” saytının məlumatına görə, oktyabrın 13-də qəbul edilən qətnaməyə 274 deputat səs verib, 12 nəfər sənədin əleyhinə çıxıb.
2012-ci ildə Fələstin BMT üzvü olmayan müşahidəçi dövlət statusu alıb. Qərar BMT Baş Məclisinin iclasında çıxarılıb və Fələstinin BMT bayrağı altında bütün beynəlxalq təşkilatlara birbaşa müraciət hüququnu tanıyır, həmçinin ona ərazisi işğal olunmuş müstəqil dövlət statusu verir.