Davudoğlu erməni əsilli jurnalisti özünə baş müşavir təyin etdi
Tarix: 25-10-2014, 11:22 |
Çap et
Türkiyə baş naziri Əhməd Davudoğlu erməni əsilli jurnalist Etyen Mahçupyanı baş müşaviri təyin edib.
APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi xəbərə görə, Türkiyə baş naziri ilə E. Mahçupyanın tanışlığı uzun illər əvvələ təsadüf edir. Məlumata görə, A. Davudoğlunun xarici işlər naziri kimi fəaliyyəti dövründə də onların görüşləri mütəmadi olaraq davam edib.
E. Mahçupyan “demokratiya”, “dövlət və cəmiyyət münasibətləri” və “azlıqlar”a dair həyata keçirdiyi işlərdə Türkiyə baş nazirinə dəstək olacağını açıqlayıb.
Qeyd edək ki, E. Mahçupyan Türkiyə prezidenti və baş nazirin müşavirləri arasında ilk qeyri-müsəlman şəxsdir.
E. Mahçupyan 1972-ci ildə Türkiyənin Boğaziçi Universitetinin Kimya fakültəsini bitirib. O, həmçinin Ankara Universiteti Siyasi Biliklər Fakültəsinin də məzunu olub.