Merkel Putinə: Avropa Ukraynanın şərqindəki seçkiləri tanımayacaq
Tarix: 1-11-2014, 12:33 |
Çap et
Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində bildirib ki, Ukraynanın şərqində bazar günü üçün planlaşdırılmış seçkilər qanunsuzdur və Avropa liderləri tərəfindən tanınmayacaq.
Merkellə Putinin telefon söhbətində Fransa prezidenti Francois Hollande və Ukrayna prezidenti Petro Poroshenko da iştirak ediblər.
Merkel və Hollande telefon söhbətində deyiblər ki, Ukraynada yalnız Ukrayna qanunlarına uyğun seçkilər keçirilə bilər.
Onlar həmçijin vurğulayıblar ki, separatçıların keçirdikləri seçki Rusiyanın da qəbul etdiyi sülh sazişinə ziddir.
“Almaniya bu qanunsuz seçkiləri tanımayacaq” – deyib Angela Merkel.
Şərqi Ukraynada keçiriləcək seçkilərin tanınmayacağı barədə Avropa liderlərinin qərarı ötən həftə Brüsseldə qəbul olunub.