Rusiya “Hizbullah”la əməkdaşlıq etməyə hazır olduğunu bildirib
Tarix: 18-11-2014, 09:45 |
Çap et
Rusiya Livanda və regionda təhlükəsizlik və sabitliyin bərpası istiqamətində "Hizbullah"la əməkdaşlıq etməyə hazırdır.
SalamNews-un Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib: "“Hizbullah” Livanda fəal siyasi gücə malikdir və biz regionda bu təşkilatla əməkdaşlığın həyata keçirilməsinə hazırıq."
Rusiya rəsmisi Suriyada sülh danışıqları istiqamətində atılan addımlara da toxunub və Moskva görüşlərinin baş tutması üçün qarşıdurma tərəfləri ilə təmas qurduqlarını deyib.