İŞİD yaraqlıları sırasında 550 Almaniya vətəndaşı var
Tarix: 25-11-2014, 09:06 |
Çap et
İŞİD yaraqlılarına qoşulmaq üçün İraq və Suriyaya gedən Almaniya vətəndaşlarının sayı 550 nəfərdir. Bunu noyabrın 23-də Almaniyanın Federal təhlükəszilik xidmətnin (Almaniya Konstitusiyasının müdafiəsi üzrə federal kəşfiyyat xidməti) rəhbəri Hans-Georg Maassen bildirib. O, "Welt am Sonntag" qəzetinə açıqlamasında qeyd edib ki, indiyədək gedənlərdən 60-a yaxın alman vətəndaşı döyüşlərdə öldürülüb.
Alman rəsmiləri hesab edirlər ki, çihadçılar sıraslnda döyüşənlərdən təqriban 180 nəfəri geriyə, Almaniyaya qayıdıb.
Bu ayın əvvəllərində Almaniya höküməti İraq və Suriyadakı İslam Dövlərti yaraqlılarına dəstəkdə şübhəli bilinən 9 nəfəri həbs edib.
Bir sıra ekspertlər minlərlə Qərb ölkələri vətəndaşlarının İŞİDa qoşulduğunu dəfələrlə qeyd ediblər. Bunlar həmin ölkələrə köçən müsəlman əsilli miqrantların yeni nəslidir.
Qərb ölkələrində böyüyən bu gənclər İŞİDın sosial media və texnologiya sahəsindəki işinin özəyini təşkil edirlər.
Oktyabr ayında dərc olunan məlumat sistemində İŞİDa qoşulan vətəndaşların sayına görə Almaniya Qərb ölkələri arasında Böyük Britaniya və Belçikadan sonra 3-cü yerdə gəlirdi.